Ronaldo "Real"ın iştirak ərizəsində yoxdur

Ronaldo "Real"ın iştirak ərizəsində yoxdur
XƏBƏR 18 Yanvar 2018 / 17:26 7703
-  A +

"Real"ın İspaniya kubokunun 1/4 final mərhələsinin "Leqanes"lə ilk oyunu üçün iştirak ərizəsi açıqlanıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, son günlər Madrid təmsilçisindən ayrılacağı iddia edilən Kriştiano Ronaldonun adı 19 nəfərlik siyahıya salınmayıb. Baş məşqçi Zinəddin Zidanın portuqaliyalı hücumçunun hansı səbəbdən heyətə daxil etmədiyi bəradə məlumat verilməyib.

İştirak ərizəsində aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Moxa Ramos

Müdafiəçilər: Daniel Karvahal, Xesus Valyeho, Rafael Varan, Naço Fernendes, Teo Ernandes, Aşraf Hakimi

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kasemiro, Markos Llorente, Marko Asensio, İsko, Mateo Kovaçiç, Dani Sebalyos

Hücumçular: Lukas Vaskes, Mayoral

Qeyd edək ki, "Leqanes" - "Real" görüşü yanvarın 19-u keçiriləcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı