"Barselona" Pike ilə yeni müqavilə imzaladı - 500 milyon qiymət qoydu

"Barselona" Pike ilə yeni müqavilə imzaladı - 500 milyon qiymət qoydu
DÜNYA FUTBOLU 18 Yanvar 2018 / 14:41 3275
-  A +

"Barselona" futbolçusu Jerar Pike ilə yeni müqavilə imzalayıb.

Qol.az-ın klubun saytına istinadə yaydığı xəbərə görə, 30 yaşlı müdafiəçi 2022-ci il iyunun 30-na qədər Kataloniya təmsilçisində çıxış edəcək. Yeni müqavilə ilə "Barsa" Pikeyə 500 milyon avro qiymət qoyub.

Qeyd edək ki, J.Pike 2008-ci ildən Kataloniya klubunun şərəfini qoruyur. O, indiyə kimi 421 matçda 37 qol vurub.


Son xəbərlər