Ərtoğrul Sağlam "Traktor Sazi"də

Ərtoğrul Sağlam "Traktor Sazi"də
XƏBƏR 18 Yanvar 2018 / 13:22 3246
-  A +

Cənubi Azərbaycan təmsilçisi "Traktor Sazi"inin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Təbriz klubunu Ərtoğrul Sağlam çalışdıracaq. Bu barədə türk mütəxəssisin özü məlumat verib: "Traktor Sazi" ilə razılığa gəlmişəm. Bu axşam İrana gedəcəm və klub rəhbərliyi ilə son danışıqlardan sonra 11 oyunluq müqaviləyə imza atacam".

Ə.Sağlam onu da bildirib ki, "Traktor Sazi"də uyğunlaşmaq onun üçün problem olmayacaq: "Çünki orada türklər çoxdur. Tezliklə ora uyğunlaşıb komandanı ayağa qaldırmaq istəyirəm".

Qeyd edək ki, "Traktor Sazi" hazırda İran çempionatıın turnir cədvəlində 21 xalla 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Təbriz təmsilçisi bundan əvvəl Mustafa Dənizli ilə danışıqlar aparsa da, bu, müsbət yekunlaşmayıb.


Son xəbərlər