"Vətən"in məşqçisi "Lokomotiv"də təcrübə keçdi

"Vətən"in məşqçisi "Lokomotiv"də təcrübə keçdi
XƏBƏR 18 Yanvar 2018 / 11:25 2752
-  A +

"Vətən" RİOEUG futbol məktəbinin məşqçi-müəllimi, U11 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov Rusiyanın "Lokomotiv" klubunda təcrübə keçib.

Qol.az-ın məlumatına görə, bir həftə ərzində məşqçiyə klubun akademiyasının fəaliyətini yaxından izləmək imkanı yaradılıb. Aşağı yaş qrupları üzrə komandalarının məşqləri və uşaq futbolu ilə bağlı geniş fikir mübadiləsi aparmaqla yanaşı, Əbdürrəhmanov "Lokomotiv"in baş məşqçisi Yuri Syomin, köməkçi məşqçi Dmitri Loskov, klubun akademiyasının direktoru Aleksey Şiqolev və veteran məşqçi Boris İqnatyevlə görüşlər zamanı təcrübəli məşqçilərlə səmərəli söhbətlər aparıb, onların verdiyi məsləhətlərini dinləyib.

"Lokomotiv"in prezidentinin gənclər siyasəti üzrə köməkçisi Renat Ataullinlə də görüşən məşqçi “Vətən" futbol məktəbi barədə ona geniş məlumat verib. Söhbət zamanı klub rəsmisi gələcəkdə "Lokomotiv"lə "Vətən" arasında geniş əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

"Vətən" futbol məktəbi gələcəkdə də məşqçilərin təcrübə toplaması məqsədi ilə onların ölkə xaricində tanınmış futbol klublarına göndərilməsini davam etdirəcək.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı