Fərid Nəbiyev "Slaviya"ya qələbə qazandırdı

Fərid Nəbiyev "Slaviya"ya qələbə qazandırdı
GÜNDƏM 18 Yanvar 2018 / 00:01 3899
-  A +

19 yaşadək futbolçulardan ibarət millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın U-21 komandası yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, Çexiya klubu I divizion təmsilçisi "Litomeriçko" ilə qüvvəsini sınayıb. Görüş "Slaviya"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qola yığmamızın üzvü imza atıb. 19 yaşlı futbolçu 52 və 58-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, Nəbiyev əsas heyətdə meydana çıxıb.

Daha çox


Son xəbərlər