"Bursaspor"a qayıtmaq üçün əlimdən gələni edəcəm" - millimizin üzvü

"Bursaspor"a qayıtmaq üçün əlimdən gələni edəcəm" - millimizin üzvü
XƏBƏR 17 Yanvar 2018 / 15:12 3189
-  A +

“Kiçik yaşımdan “Bursaspor”u izləyirəm. Türkiyədə çempion olan 5 böyük klubdan biridir. Bundan başqa, kumirim Pablo Batalya da orda çıxış edir. Belə yerdə oynamaq şansım yarandığı üçün qısa müddət ərzində müqavilə bağladım”.

Qol.az-ın "Elf Voetbal"a istinadən yaydığı xəbərə görə, bu sözləri U-21 millimizin üzvü  Ozan Can Kökcü deyib.
 
Müqavilə ilə məxsus olduğu “Bursaspor”dan bu qış icarə əsasında Hollandiya “Valveyk”inə göndərilən 19 yaşlı yarımmüdafiəçi Türkiyə klubundan ayrılmasının səbəbi haqda da danışıb:  “Bursaspor” Türkiyənin ən gənc komandasıdır və futbolçuların inkişafına kömək edir. Bu da mənim üçün bir şans idi. Ötən mövsüm “Bursaspor” yüksək liqada qalmaq uğrunda mübarizə aparırdı. Mənim gəlişimdən sonra komandada baş məşqçi dəyişikliyi oldu və yeni çalışdırıcı gənclərə çox şans vermədi. Matçlarda oynamadığım üçün inkişaf etmək mümkün deyildi. Əsas komanda ilə bir rəsmi görüşdə də oynamadım. Orda qalmağın bir mənası yox idi”.
 
O bildirib ki, Türkiyədə 2 klubdan təklif alsa  da, “Valveyk”i seçib: "Hər ikisi yüksək səviyyəli klublar idi. Amma mənim üçün "Valveyk" ən yaxşı seçimdir. Agentim də burada futbol oynayıb. Yenidən Hollandiyaya qayıtmaq yaxşıdır. Türkiyədə gözəl həyat yaşadım. Amma tək qalırdım. 18 yaşda isə tək yaşamaq asan deyil".

Ö.Kökcü  özünü inkişaf etdirmək üçün Hollandiya klubuna keçdiyini bildirib: "Ümid edirəm ki, “Valveyk”də nəsə edə bilərəm. Özümü yaxşı tərəfdən göstərə bilsəm, yenidən “Bursaspor”a qayıtmaq şansım yaranar. Bunun üçün əlimdən gələni edəcəm”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord