"Məni və "Qarabağ"ı qane edən təklif olsa, düşünərəm" - Şehiç

"Məni və "Qarabağ"ı qane edən təklif olsa, düşünərəm" -  Şehiç
ÖLKƏ FUTBOLU 17 Yanvar 2018 / 14:44 5060
-  A +

“Klubumuzun məsul şəxsləri və baş məşqçimizlə söhbət etdim. Onlar mənim yığma ilə təlim-məşq toplanışında iştirakıma icazə verdilər. Ancaq mən komandaya yanvarın 21-də yox, 4 gün sonra qoşulacam".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlamasında deyib.

Bonsiya və Hersoqovina millisinə növbəti dəfə təklif alan qolkiper yığmanın yeni baş məşqçisi Robert Prosineçki haqda fikirlərini də bildirib: "Prosineçkiyə gəlincə, o, yaxşı mütəxəssisdir. Futbolçu kimi Balkanda əfsanə olub. Sərtdir və hər şeyin nəzarətində olmasını sevir. Mən onu Azərbaycan millisinin baş məşqçisi olduğu müddətdə tanımışam. O, "Qarabağ"ın bütün oyunlarını izləyirdi. Buna görə də mənim də qapıçı keyfiyyətlərimə bələddir. Şadam ki, ABŞ və Meksika ilə yoxlama matçlarında yerli çempionatda çıxış edənlər çoxluq təşkil edəcək. Bu qarşılaşmalarda əsas motivasiyadır. Oyunlara yaxşı köklənib, qələbə istəyi ilə meydana çıxsaq, nəticəmiz olacaq”.

"Qarabağ"dakı çıxışından da danışan Şehiç Ağdam təmsilçisində özünü yaxşı hiss etdiyini, ancaq başqa klubdan təklif gəlsə, bu barədə düşünəcəyini bildirib: “Biz bu nəticəni əldə etmək üçün çox güc sərf etdik. Çempionlar Liqası səviyyəsində 6 qrup oyununun həyəcanını yaşadıq. Lakin bununla kifayətlənmək istəmirik. Yenidən çempionluq titulunu qazanmağa hazırlaşırıq.  Çempionlar Liqasında yeni şounu səbirsizliklə gözləyirik. Mən komandamın qapısını yaxşı qorumuşam. Hazırda “Qarabağ”dan başqa yerə getmək fikrim yoxdur. Lakin təkcə məni deyil, klubu da qane edən təklif olsa, düşünərəm. Bu da yalnız yayda baş verə bilər. Bu insanlar mənə çox şey verib və mən də istəyirəm ki, onlara bunun qarışığını qaytarım”.

Daha çox


Son xəbərlər