"Yuventus"da iki ciddi itki

"Yuventus"da iki ciddi itki
DÜNYA FUTBOLU 17 Yanvar 2018 / 14:36 2397
-  A +

"Yuventus" iki ciddi itki ilə üzləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Paulo Dibala və Kladio Markizio zədələnib. Əzəli problemi olan hər iki oyunçunun bərpa müddətinin 30-40 gün çəkəcəyi bildirilib. Bu isə o deməkdir ki, Dibala və Markizio İtaliya çempionatının və Çempionlar Liqasının ən yaxın matçlarını buraxacaqlar.

Qeyd edək ki, Markizio bu mövsüm 7 görüşdə oynayıb. P.Dibala isə 19 oyunda 14 qol vurub.


Son xəbərlər