Futbolçuya 1, həkiminə 4 illik cəza

Futbolçuya 1, həkiminə 4 illik cəza
XƏBƏR 17 Yanvar 2018 / 12:50 3098
-  A +

İtaliyanın “Benevento” klubunun kapitanı Fabio Luçoni bir il müddətinə futbol yarışlarından kənarlaşdırılıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, buna ondan götürülən dopinq testin müsbət nəticə verməsi səbəb olub.

A Seriyasının 3-cü turunda "Torino” ilə keçirilən oyundan sonra 31 yaşlı müdafiəçidən götürülən test onun qanında dopinq olduğunu göstərib. Komandanın həkimi Valter Corcone səhvən ona qadağan olunmuş həblər verib. Bu səbədən Valter Corcone də cəzasız qalmayıb. O, 4 illik futboldan uzaqlaşdırılıb.


Son xəbərlər