"Mançester Yunayted" Mourinyo ilə razılığa gəldi

"Mançester Yunayted" Mourinyo ilə razılığa gəldi
DÜNYA FUTBOLU 17 Yanvar 2018 / 12:36 3872
-  A +

"Mançester Yunayted" baş məşqçisi Joze Mourinyo ilə yaxın günlərdə yeni müqavilə imzalayacaq.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, bununla bağlı tərəflər arasında razılıq əldə olunub. 54 yaşlı mütəxəssislə müqavilənin müddəti 2021-ci ilin iyununa qədər uzadılacaq.

Qeyd edək ki, J.Mourinyo 2016-cı ildən "MY"nı çalışdırır. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2019-cu ilin iyununda başa çatır.


Son xəbərlər