Ronaldinyo karyerasını rəsmən bitirdi

Ronaldinyo karyerasını rəsmən bitirdi
XƏBƏR 17 Yanvar 2018 / 12:24 3572
-  A +

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo karyerasını rəsmən başa vurub.

Qol.az-ın məlumatına görə, bu barədə 37 yaşlı hücumçunun qardaşı Roberto de Assis Moreyra Braziliya mətbuatına açıqlamasında bildirib.

Qeyd edək ki, Ronaldinyo Braziliya millisində 97 oyun keçirib və 33 qol vurub. O, yığma ilə 2002-ci il dünya çempionatının qalibi olub. Ulduz oyunçu Avropada PSJ, "Barselona" və "Milan"da çıxış edib. "Qızıl top" mükafatına bir dəfə sahib olan Ronaldinyo son olaraq Braziliyanın "Fluminense" klubunda çıxış edib.


Son xəbərlər