“Qəbələ” "Sürix"ə uduzdu

“Qəbələ” "Sürix"ə uduzdu
XƏBƏR 17 Yanvar 2018 / 18:30 8776
-  A +

Yanvarın 5-dən Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Roman Qriqorçukun komandasının ikinci görüşdə rəqibi İsveçrənin yüksək liqasında çıxış edən  “Sürix” olub. Görüş "Sürix"in qələbəsi ilə başa çatıb - 1:0.

Bu komandalar arasında 2 il əvvəl baş tutan yoldaşlıq matçı “Qəbələ”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ilk matçda “Qəbələ” “Akhisar Belediyyespor”la 1:1-lik bərabərliyə nail olub.

Yoxlama görüşü

“Qəbələ” (Azərbaycan) - “Sürix” (İsveçrə) - 0:1
“Kaya Bələk” otelinin meydançası

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı