“Mançester Yunayted”dən qisas almaq üçün...” - Van QaI

“Mançester Yunayted”dən qisas almaq üçün...” -  Van QaI
XƏBƏR 17 Yanvar 2018 / 01:30 5586
-  A +

Tanınmış məşqçi Lui Van Qal Belçika milli komandasını çalışdırmaqdan imtina etməsinin səbəbini açıqlayıb.

Qol.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, holland mütəxəssis bu addımı sabiq klubu “Mançester Yunayted”dən qisas almaq üçün atdığını bildirib:

“Təbii ki, Belçika milli komandasını çalışdırmaq əla olardı. Amma mən “Mançester Yunayted”dəki işimə son verilməsindən çox qəzəbli idim. Buna görə də klubdan qisas almaq, mənə çatmalı olan kompensasiyaya sahib çıxmaq üçün Belçika yığmasının təklifini geri çevirdim.

Bu, ağılsızlıq idi. Çünki idman dəyəri bütün prinsiplərdən öndə olmalıdır. Lakin həmin zaman mən fərqli düşünürdüm. Burada söhbət puldan getmir. Mən sadəcə qisas almaq istəyirdim”.

Son xəbərlər