Emre Can “Liverpul”da qalacaq?

Emre Can “Liverpul”da qalacaq?
XƏBƏR 17 Yanvar 2018 / 00:58 3065
-  A +

Emre Can “Liverpul”la müqaviləsini yeniləyə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu haqda türk əsilli futbolçu özü açıqlama verib:

“Menecerim vəziyyətə nəzarət edir. Yaya qədər “Liverpul”dayam. Hazırda çoxları ilə danışıqlar aparırıq. Təbii ki, hazırkı klubumda müqaviləni yeniləməyim mümkündür. Niyə də yox? “Liverpul” möhtəşəm klubdur.

Hazırda gələcəklə bağlı çox düşünmürəm. Bütün fikrimi oyunuma yönəltmişəm. Qalan işlərlə menecerim məşğuldur”.

Qeyd edək ki, bir müddət əvvəl Emre Canın “Yuventus”a transfer olunacağı, yeni klubunda ildə 5 milyon qazancağı barədə xəbərlər yayılmışdı. Almaniya yığmasının üzvünün hazırkı klubu ilə sözləşməsi bu ilin yayında bitir.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"