Rəşad Sadıqov qələbə ilə başladı

Rəşad Sadıqov qələbə ilə başladı
ÖLKƏ FUTBOLU 16 Yanvar 2018 / 19:03 9222
-  A +

21 yaşadək futbolçulardan ibarət millimiz Antalyada ilk yoxlama oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Rəşad Sadıqovun başçılıq etdiyi komanda "Alanyaspor"un müvafiq yaş qrupu ilə qüvvəsini sınayıb.

Sadıqovun yığmanın sükanı arxasında debüt etdiyi görüş komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını Nicat Süleymanov (43-cü dəqiqə), Elnur Cəfərov (44-cü dəqiqə) və  Ülvi İsgəndərov (70-ci dəqiqə) vurub.

Qeyd edək ki, yığmamız Antalyada növbəti yoxlama oyunları yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığmalarına qarşı nəzərdə tutulub.


Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord