Adı "Qarabağ"la hallanan futbolçu vətənində oynayacaq

Adı "Qarabağ"la hallanan futbolçu vətənində oynayacaq
XƏBƏR 16 Yanvar 2018 / 16:37 4560
-  A +

"Qarabağ"ın maraq dairəsində olan Xama Billiatın ölkəmizə gəlişi baş tutmaya bilər.

Qol.az-ın "KickOff.com" saytına istinadən yaydığı məlumata görə, Cənubi afrikalı hücumçu karyerasını ölkəsində davam etdirmək istəyir. Hazırda "Mamelodi Sandaunz" klubunun şərəfini qoruyan forvardla ölkənin digər təmsilçisi "Orlando Payrets" də maraqlanır. "Qarabağ"ın cəlbedici təklifinə baxmayaraq, Billiatın digər yerli komandaya keçəcəyi və ya hazırkı klubunda qalacağı bildirilir.

Qeyd edək ki, Ağdam klubunun təcrübəli hücumçuya illik 70 min manat maaş təklif etdiyi iddia olunur.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord