"Neftçi" "Keşlə"yə uduzdu

"Neftçi" "Keşlə"yə uduzdu
XƏBƏR 14 Yanvar 2018 / 17:34 3502
-  A +

Yeni mövsümün hazırlıqlarını paytaxt davam etdirən “Neftçi” və “Keşlə” klubları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Qol.az-ın məlumatına görə, İsmət Qayıbov adına təlim-məşq bazasının stadionunda baş tutan görüş “Keşlə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yuri Maksimovun komandasından qolları Məqsəd İsayev və Pərdis Fərcad Azad vurublar. “Neftçi”dən isə Mirabdulla Abbasov fərqlənib.

Qeyd edək ki, bu, “Keşlə”nin qış fasiləsində ikinci yoxlama oyunudur. Komanda bundan əvvəl birinci divizion təmsilçisi “Qaradağ-Lökbatan”ı 3:1 hesabı ilə məğlub edib.

Son xəbərlər