AFFA milliyə yeni rəqib tapdı

AFFA milliyə yeni rəqib tapdı
XƏBƏR 14 Yanvar 2018 / 17:18 5156
-  A +

AFFA milli komandamız üçün daha bir rəqib tapıb.

Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı məlumata görə, Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasının fevralın 2-də Kosovo yığması ilə yoldaşlıq oyunu keçirməsi barədə AFFA və Kosovo Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.

Qeyd edək ki, millimizin Gürcüstanla fevralın 2-də keçirməli olduğu yoxlama oyunu qarşı tərəfin istəyilə ləğv olunmuşdu. Qurban Qurbanovun başçılıq etdiyi komanda yanvarın 30-da isə Moldova yığması ilə qarşılaşacaq.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki