"Kəpəz"in oyunu ləğv olundu

"Kəpəz"in oyunu ləğv olundu
XƏBƏR 14 Yanvar 2018 / 14:47 1908
-  A +

"Kəpəz"in I divizion təmsilçisi "Sabah"la yoxlama oyunu ləğv olunub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna səbəb matçın keçiriləcəyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun ot örtüyünün futbol oynamaq üçün əlverişli olmamasıdır. Bu məqamı nəzərə alan məşqçilər korpusu oyunçuları mümkün zədə riskindən qorumaq məqsədilə yoxlama matçının başqa meydançaya salınmasını xahiş ediblər.

Amma klubun menecerləri tərəfindən uzun axtarışlara baxmayaraq paytaxtda yanvarın 15-i üçün uyğun boş stadion tapılmayıb.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı