Millimizin Gürcüstanla oyunu niyə ləğv olunub? - rəsmi açıqlama

Millimizin Gürcüstanla oyunu niyə ləğv olunub? - rəsmi açıqlama
XƏBƏR 14 Yanvar 2018 / 13:35 4129
-  A +

"Gürcüstan və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu başqa vaxtda keçiriləcək. Yaxın günlərdə tərəflər tarixi müəyyənləşdirəcəklər".

Qol.az-ın məlumatına görə, bu sözləri Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti Aleksandr İaşvili deyib. Qurumun rəsmi saytına danışan mütəxəssis yığmamızla oyundan imtina etmələrinin səbəbini açıqlayıb:

"Bu mərhələdə milli komandanın əsas üzvləri öz klublarının düşərgəsindədilər. Onların təlim-məşq toplanışı fərqli ölkələrdə keçirilir. Ona görə də indiki məqamda millinin toplaşması bir qədər çətin məsələdir. Yanvarın 24-də Lozannada "Millətlər Liqası"nın rəsmi təqvimi açıqlandıqdan sonra bütün yoldaşlıq oyunlarının vaxtı müəyyənləşəcək".

Qeyd edək ki, Azərbaycan və Gürcüstan milliləri arasında yoxlama oyunu fevralın 2-də Antalyada keçirilməli idi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı