"Qəbələ"nin yoxlama oyunu ləğv olundu

"Qəbələ"nin yoxlama oyunu ləğv olundu
ÖLKƏ FUTBOLU 14 Yanvar 2018 / 01:09 2041
-  A +

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlığını Türkiyədə davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub. Roman Qriqorçukun komandası günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdirib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetirib.

“Qəbələ”nin hazırlıq planında dəyişiklik edilib. Komanda yanvarın 14-də ikinci yoxlama oyununa çıxmalı olsa da, Qazaxıstanın “Atırau” klubu ilə görüş keçirilməyəcək. Buna rəqibin yoxlama görüşündən imtina etməsi səbəb olub. “Qırmızı-qaralar” toplanışın 10-cu günündə hazırlıqlarını qrafikə uyğun olaraq məşqlərlə davam etdirəcək.

Daha çox


Son xəbərlər