"Çox xoşbəxtəm" - Ardadan ilk açıqlama

"Çox xoşbəxtəm" - Ardadan ilk açıqlama
XƏBƏR 13 Yanvar 2018 / 20:09 7751
-  A +

"Barselona"nın 2.5 illiyə "Başakşəhər"ə icarəyə verdiyi Arda Turan müqavilə imzalamaq üçün İstanbula gedib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, hava limanında keçidi ilə bağlı ilk açıqlamasını verib: "Çox xoşbəxtəm. Klub prezidenti Göksel Gümüşdağ, baş məşqçi Abdullah Avcı və bütün "Başakşəhər" azarkeşlərinə təşəkkür edirəm. Qısa müddətli hədəflər üçün deyil, uzun müddət uğur qazanmaq üçün buradayam".

Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında "Atletiko”dan "Barselona”ya keçən türkiyəli futbolçu bu mövsüm Kataloniya klubunda heç bir rəsmi oyuna çıxmayıb.


Son xəbərlər