Arda Turan rəsmən "Başakşəhər"də

Arda Turan rəsmən "Başakşəhər"də
GÜNDƏM 13 Yanvar 2018 / 15:00 5296
-  A +

“Barselona”nın futbolçusu Arda Turanın “Başakşəhər”ə keçidi rəsmiləşib.

Qol.az-ın Türkiyə klubunun rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi bu gün müqavilə bağlamaq üçün İstanbula gedəcək.

"Barselona"nın rəsmi saytı isə Ardanın "Başakşəhər"ə 2.5 illiyə icarəyə verildiyini açıqlayıb.

Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında "Atletiko”dan "Barselona”ya keçən türkiyəli futbolçu bu mövsüm Kataloniya klubunda heç bir rəsmi oyuna çıxmayıb.
 

Daha çox


Son xəbərlər
19.09.18  18:00

Millimiz məğlub oldu