"Tənqidlərdən bezmişəm" - Zidan

"Tənqidlərdən bezmişəm" - Zidan
DÜNYA FUTBOLU 12 Yanvar 2018 / 21:47 5854
-  A +

"Haqqımızda deyilənləri dinləmirik. "Real" haqda ancaq mənfi fikirlər söylənilir. Mən isə bunu qəbul etmirəm. Dedikləri qədər pis vəziyyətdə deyilik".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 19-cu turunda "Vilyarreal"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, tənqidlərdən bezdiyini bildirib: "Real"ın səhv oynadığını eşitməkdən yorulmuşam. Bizim haqqımızda pis fikirlər qəzetlərin satışlarını artırır. Oyunçularıma da demişəm ki, belə sözlərə fikir verməmək lazımdır.Üç turnirdə- Çempionlar Liqası,  La Liqa,  İspaniya kubokunda mübarizəni davam etdiririksə, hansısa uğursuzluqdan danışmaq gərəksizdir".

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın