Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
Bugünkü oyunları göstərəcək kanallar – DÇ-2018

Yazarlar
 Moskva küçələrindən qeydlər
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
Qazaxıstan - Azərbaycan - Şəkillər
Top 5
Braziliya, Nigeriya və İsveçrədən ilk qələbə - DÇ-2018
Almaniyadan vacib qələbə, Meksika və Belçikadan növbəti 3 xal
Polşa Kolumbiyaya qarşı - Yenilənir
"Qarabağ" Avstriyada ilk oyununu keçirdi
Argentina millisindən 8 futbolçu gedə bilər - Messi, İquain...
Linklər
525ci Qəzet

"Yeni transferlərdən çox şey gözləyirik" - Ayxan Abbasov
A A A

[12.01.2018]
"Yeni transferlərdən çox şey gözləyirik" - <b style="color:red">Ayxan Abbasov</b>
"Zirə"nin baş məşqçisi Ayxan Abbasov bu gün Bakı Olimpiya Stadionunda jurnalistlərin suallarını cavablandırıb.

- Əsas komandanız əvəzedici heyətinizlə qarşılaşdı və 4:0 hesabı ilə qalib gəldi. Matçla bağlı nə deyə bilərsiniz?

- Bu oyundan çox şey gözləmirdik. Əsas məqsədimiz futbolçuların oyun hissiyyatını qaytarmaqdır. Arada fasilə yarandı. Axırıncı məşqlərdən sonra isə belə görüş lazım idi. Yoxlama matçı üçün öz əvəzedicilərimizi seçməkdə məqsəd oradakı cavanlara baxmaqdır. Onlar hər zaman gözümüzün önündədirlər. Bu qarşılaşmanı ikitərəfli oyun kimi də qələmə vermək olar. Məncə, normal idi.

- Diqqətinizi cəlb edən hansısa futbolçu oldu?

- Bu gün limitə düşən futbolçuların çoxu meydanda idi. İbrahim Rəhimli, Müşviq İlyasovu oynatdıq, ikinci hissədə Milad Bayramovu yoxladıq. Əvəzedici heyətdə 2001-ci il təvəllüdlü bir uşaq xoş təsir bağışladı. Öz akademiyamızın yetirməsidir və yəqin ki, bizimlə məşqlərə başlayacaq.

- Legionerlər komandaya yeni qoşulduqları üçün bu gün yox idilər? Onların durumu necədir?

- Legionerlərə proqram vermişdik. Biz burada başlayanda, onlar da öz ölkələrində məşqə start vermişdilər. Durumları normaldır. Onları “Keşlə” ilə yoxlama matçında meydanda görə biləcəyik.

- Yeni transferlər - Tellur Mütəllimov, Mirsahib Abbasov və Elşən Abdullayev barədə nə deyə bilərsiniz?

- Onların potensiallarını bilirik və çox şey gözləyirik. Məncə, uyğunlaşmada problem olmayacaq. Bu oyun da ansambldan geri qalmadıqlarını göstərdi.

- Jozef Bumun yubanması nə ilə əlaqədardır?

- Bizdən icazə istəyib. Son iki matçda da zədə üzündən meydana çıxmamışdı. Zədəsini müalicə edir. Yanvarın 13-də gələcək.

- Bundan sonra transfer gözlənilir?

- Yeni oyunçu axtarırıq. Əsasən, orta xəttə istəyirik və baxırıq. Yaxın günlərdə həll etməyə çalışacağıq.

- Əcnəbidir, yoxsa yerli?

- Əcnəbi. Daha yerli oyunçu yoxdur. Hamısı öz klublarındadır (gülür - red.).

- Ufuk Budakın məsələsi necə oldu? Onu “Zirə”nin istədiyinə dair məlumat vardı...

- İstəyir söhbəti olmayıb. Bir menecer bizə müraciət etdi ki, Budak klubundan ayrılıb, azad agent olub. Biz də maraqlandıq. Lakin sonra öyrəndik ki, Azərbaycana gəlmək fikri yoxdur. Biz də buna isti baxmadıq. Yəni menecer təklif etmişdi.

- Zaur Həşimov köməkçiniz olaraq işini davam etdirəcək?

- Bu məsələ hələ açıq qalıb. Ona görə də əvəzedici heyətdən Kamen Vasilyevi gətirmişik. Onu yaxşı tanıyıram. Əvəzedici komandada mənimlə də çalışıb. Həşimovun aqibəti bilinmir. Çünki yığmada da işlər çoxdur. Düzdür, bir il vaxtları var. Amma seleksiya aparmalıdır. Ona da kömək lazımdır.

- Qış fasiləsində yığmaların toplanışlarının olması klubların işinə mənfi təsir etməyəcək?

- Bütün millilərdə yeni baş məşqçilərdir. Onlara komandalarını tanımaq üçün toplanış vacib idi. 19 və 21 yaşadək milli komandaların toplanışda olması bizə maneçilik törətməyəcək. Çünki hazırda yığmada olanlardan digər yoxlama matçlarında istifadə edəcəyik. Milliyə dəvət almaq həmin futbolçular üçün də bir stimuldur.

- Əsas milliyə kimlərin çağırılacağına dair “Zirə”yə məlumat verilib?


- Hələlik yox. Onların vaxtına hələ var.

- Millidəki dəyişikliklər gələcəyə ümid verir?

- Dəyişiklik olub deyə, əvvəlki məşqçiləri pisləmək də düz deyil. Son 10 ili götürsək, inkişaf var. Bu, göz qabağındadır. Klublarımız avrokuboklarda yaxşı çıxış edir. Lakin aşağı yaş qrupları üzrə yığmaların seçmə mərhələlərdə uğursuz nəticələri olur. İnanıram ki, gənc məşqçilərimiz yenilik gətirər, təzə atmosfer olar. Onların gələcəkdə özlərini doğruldacaqlarına inanıram. Öz gənclərimizdən istifadə etmək, yönəltmək lazımdır. Tək o məşqçilərə yox, klublara da iş düşür. Millinin məşqçiləri bir həftə - 10 günlə nəsə edə bilməzlər. Bu yöndə gərək geniş baxaq. Klubarımızda işlər düz getməli, uşaqlarımız inkişaf etməlidirlər. Doğrudan da bu yöndə axsayırıq.

Mənbə: report.az
2542 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
24.06.2018  20:37 "Neftçi" Makedoniya klubuna qalib gəldi
24.06.2018  13:12 "Qarabağ"ın oyunundan Şəkillər
24.06.2018  12:07 "Qəbələ"nin düşərgəsində yeni futbolçu
24.06.2018  10:55 Messinin doğum günüdür
24.06.2018  10:21 Bugünkü oyunları göstərəcək kanallar – DÇ-2018
24.06.2018  10:10 "Qəbələ" - "Kukesi" - Şəkillər
23.06.2018  17:04 "Səbail"də yeni məşqçilər
23.06.2018  12:27 "Real" ukraynalı qapıçı ilə 6 illik müqavilə bağladı
23.06.2018  11:53 Ronaldodan Musaya qədər – DÇ-2018-in bombardirləri
23.06.2018  10:12 "Keşlə"nin rəqibi uduzdu
23.06.2018  02:45 Salah Çeçenistanın fəxri vətəndaşı oldu - Şəkillər
23.06.2018  02:15 “Sona qədər təslim olmadıq” - Koutinyo
23.06.2018  01:58 İslandiyanın baş məşqçisi istidən şikayətləndi
23.06.2018  01:17 Nigeriyalı hücumçu Rusiya futbolunun tarixinə düşdü
23.06.2018  00:38 Neymar Romarionu keçdi
23.06.2018  00:14 Qol vurdu, ən yaxşı seçildi
22.06.2018  23:07 "Zirə" başladı
22.06.2018  19:18 Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşdi
22.06.2018  18:06 Yenə Koutinyo!
22.06.2018  17:10 "Qarabağ" Avstriyada növbəti məşqə çıxdı
 
 
  24.06.18
22:16
  Polşa Kolumbiyaya qarşı - Yenilənir
21:51
  Yaponiya - Seneqal görüşünün ən yaxşı oyunçusu seçildi
21:24
  Polşa - Kolumbiya: heyətlər
21:06
  Cüneyt Çakır Nigeriya - Argentina oyununda
20:37
  "Neftçi" Makedoniya klubuna qalib gəldi
20:10
  İngiltərədən 6 qol - Video
19:51
  Salah millidən gedir – CNN-dən şok iddia
18:19
  FİFA onu seçdi
17:27
  DÇ-2018-də yeni bombardir!
17:01
  UEFA-dan “Milan”a ağır cəza – avrokuboklara buraxılmır
16:03
  FİFA İsveçrənin 2 oyunçusuna ağır cəza verə bilər
15:28
  Ozobiç “Qarabağ”dakı debütündə hücumçu kimi oynayıb - "Pis alınmadı"
15:00
  İngiltərə - Panama – heyətlər açıqlandı
14:33
  “Mənim Qrizmannıma toxunmayın!” - Poqba
13:46
  Heyəti məşqçi yox, Messi müəyyənləşdirəcək - Nigeriya ilə oyunda
13:12
  "Qarabağ"ın oyunundan Şəkillər
12:49
  Etopazdan bugünkü oyunlara əmsallar
12:20
  Dörd oyuna hakim təyinatları açıqlandı - DÇ-2018
12:07
  "Qəbələ"nin düşərgəsində yeni futbolçu
11:32
  Maradonadan növbəti sərt açıqlamalar
11:25
  "Qarabağ" daha aqressiv idi" - "Ludoqorets"in baş məşqçisi
11:09
  Panamayla oyunu buraxacaq
10:55
  Messinin doğum günüdür
10:40
  Sampaoli istefaya göndərilir? - açıqlama
10:25
  Meksikada qanlı olay – 10-dan çox azarkeş öldürüldü
10:21
  Bugünkü oyunları göstərəcək kanallar – DÇ-2018
10:10
  "Qəbələ" - "Kukesi" - Şəkillər
09:50
  Farfanın son durumu – hələ də xəstəxanadadır
09:43
  Fanatların zibil yığmasını təqdir etdi – “Biz yaponlar...”
08:57
  Löv oyunu trillerə bənzətdi
08:33
  Rudinin burnu qırılıb
08:16
  “Çoxları uduzmağımızı istəyirdi” – Kross danışdı
02:17
  "O an göyün yeddinci qatında idik" - Yoahim Löv
01:46
  "Almanlar düzgün hərəkət etmədi" - İsveç milisinin baş məşqçisi
01:09
  Xorvatiyalı yarımmüdafiəçi rəsmən "Neftçi"də
00:52
  Almaniya İsveçə belə qalib gəldi - Video
00:15
  Almaniya - İsveç matçının ən yaxşı oyunçusu
  23.06.18
23:56
  Almaniyadan vacib qələbə, Meksika və Belçikadan növbəti 3 xal
23:20
  "Futbolçular düz yoldadır" - Sənan Qurbanov
22:38
  "Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq" - Qurban Qurbanov
22:07
  Meksikanın qələbəsi - Video
21:57
  “Qəbələ” də heç-heçə etdi
21:40
  Çiçarito oyunun ən yaxşısı seçildi
21:24
  "Qarabağ" Avstriyada ilk oyununu keçirdi
21:18
  Almaniya - İsveç: Özil və Xedira ehtiyatda
20:42
  “Salah hələ də zədədən əziyyət çəkir” – Mane
20:30
  "İngiltərə ilə oyunda heyətdə dəyişiklik edəcəyik" - Roberto Martines
20:00
  Braziliya millisində ciddi itkilər - oyunu buraxacaqlar
19:29
  Maradonadan sonra gələn rekord - Lukakunun dublu...
18:40
  Belçika - Tunis oyununda 7 qol - Video
18:31
  DÇ-2018-in ən məhsuldar oyunu
18:13
  Dubl edib, oyunun ən yaxşısı seçildi
17:58
  Lukaku Ronaldoya çatdı – DÇ-2018
17:31
  Farfan xəstəxanaya yerləşdirildi – huşunu itirib
17:14
  Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore