Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Millimiz Antalyada "Krasnodar"la qarşılaşacaq

Yazarlar
 Vaqif Cavadova bircə sual
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ"ın yoxlama oyunundan Şəkillər
Top 5
Klublarımızın qış transferləri – Yenilənir
Ronaldo "Real"ın iştirak ərizəsində yoxdur
Azarkeşlər də Ronaldodan üz döndərdi - "Real"ı tərk etsin
Billiat “Qarabağ”ın təklifini qəbul edib - iddia
Robinyo Türkiyə klubu ilə danışıq aparır
Linklər
525ci Qəzet

"Elə deyirsiz, sanki 40 yaşım var" - Vaqif Cavadov
A A A

[11.01.2018]
"Elə deyirsiz, sanki 40 yaşım var" - <b style="color:red">Vaqif Cavadov</b>

"Keşlə”nin yeni transferi Vaqif Cavadov bu gün I divizion təmsilçisi "Qaradağ Lökbatan”la (3:1) keçirilən yoxlama görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Artıq "Keşlə" ilə müqavilə bağlamısan?

- Bəli, 6 ay + 1 il şərti ilə anlaşmışıq.

- Bir ara dedilər ki, "Keşlə"dəsən. Sonra yenidən qeybə çəkildin. Nəhayət, sonda "Keşlə" ilə müqavilə bağladın. Bunun səbəbi nə oldu?

- Şərtlərlə bağlı idi. Həm onlar düşündü, həm də biz. Sonda razılaşa bildik.

- Bir müddət əvvəl "İnter"də çıxış etmisən və kapitanlıq bazubəndini daşımısan. Əvvəlki komanda ilə indikini necə müqayisə edərdin?

- Özünüz də bilirsiniz ki, çox böyük fərq var. Amma indi toplamışmışıq. İnanıram ki, əvvəlki komandanı qaytarmaq olar. Yeni oyunçular da gələcək. Kamran Ağayev də bizimlədir. İnanıram ki, futbolçular yaxşı forma yığacaq. Qışda sonra yaxşı çıxış edəcəyimizə ümid edirik.

- Bir müddət futbol oynamadın. Özünü necə hiss edirsən?

- Məncə, hər şey yaxşıdır Mənim üçün problemi yoxdur. Hazırlıqlara yeni başlamışıq. Çempionata tam hazır olacağıq.

- Yaxşı karyeran olub. Hollandiya "Tvente"sinə kimi gedib çıxmışdın. Lakin son zamanlar klublara lazım olmadın...

- Deməzdim belədir. Bəzi nüanslar var. Hər şeyi açıqlamaq istəmirəm.

- Kimlərsə mane oldu?

- Ola bilər. Mənim heç kəslə problemim yoxdur. Ola bilər ki, kiminsə mənimlə problemi olsun. Ancaq mənim yoxdur və olmayacaq da.

- Yəni ki, "Tvente"də sənin karyerana mane olanlar olub?

- Onu mən deyə bilmərəm. Allah eləsin ki, hər bir futbolçuya mənim karyeramı yaşamaq nəsib olsun. Elə bir yaşım yoxdur ki, futbolla vidalaşım. Elə şey ola da bilməz. Futbolumuzu oynayırıq.

- Əvvəlki Vaqif Cavadovun görə bilərik?
- Hər şey mümkündür. 40 yaşım yoxdur ki... Hər şey futbolçudan asılıdır.

- Hədəflərin nədir?

- Artıq "Keşlə"dəyəm. Hədəfimiz ölkə kubokudur. Premyer Liqada da yaxşı yerlərə getmək istəyirik.

- Kimlərəsə nəsə sübut etmək istəyirsən?

- Heç kimə sübut etməyə ehtiyacım yoxdur. Özüm-özümə edəcəm.

- Milli komandamızın aparıcı üzvlərindən biri idin. Yenidən yığma formanı geyinə bilərsən?

- Oyunumla nail ola bilərəm. Buna baş məşqçi qərar verəcək. Siz elə deyirsiz ki, elə bil ki, 40 yaşım var və mən futboldan gedirəm. Meydanda kim yaxşı oynasa, Qurban Qurbanov da dəvəti onlara göndərəcək.

- Qurban Qurbanovun təyinatı barədə nə deyə bilərsən?

- Çoxdan gözlənilirdi. Azərbaycanda yerli məşqçilərdən 1 nömrəli namizəd məhz Qurban müəllim idi. Çətin işdi. Ona uğurlar arzu edirəm. Siz media mənsubları da Qurbanova dəstək nümayiş etdirin. Prosineçkili, Foqtslu yığma uduzanda tənqidlər olmurdusa, Qurbanovlu yığma üçün də olmasın. Çünki futbolda məğlubiyyət qaçılmazdır.

- Berti Foqtsu az tənqid etmişik?

- 6 il Berti Foqts yığmada çalışdı. Düzdü, deyirdiniz. Amma sonda postunda qalırdı. Mediadan çox şey asılıdır. Qurban müəllimə hamı kömək etməldir.

-  Mətbuatdan küsmüsən?

- Xeyr. Küssəydim, sizə müsahibə verməzdim. Mən hər zaman suallarınıza cavab verməyə hazıram.

- 6 il ərzində heç bir futbolçu Berti Fotqsun əleyhinə danışmayıb...

- Ola bilər. Amma yığmadakı legionerlə bağlı suallara həmişə mən və Mahir Şükürov cavab verib. Prosineçkinin dönəmində milli üzvlərinə legionerlərlə bağlı suallar ünvanladığını görməmişəm. Mən isə həmişə həmin sualları cavablandırmışam. Arxivlərdə var. Media ilə hər zaman dostluq etmişəm.

Mənbə: sportnet.az

6207 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
20.01.2018  00:20 Ərtoğrul Sağlam rəsmən "Traktor Sazi"də
19.01.2018  22:44 "Qarabağ"ın növbəti məşqi
19.01.2018  22:15 "Bavariya"nın məşqində qalmaqal - Şəkil
19.01.2018  21:22 Pele xəstəxanaya yerləşdirildi
19.01.2018  20:11 "Keşlə" - "Zirə" - Şəkillər
19.01.2018  19:35 Almaniyanın ən yaxşı oyunçusu seçildi
19.01.2018  16:09 Millimiz Antalyada "Krasnodar"la qarşılaşacaq
19.01.2018  15:27 Almaniya millisinin üzvü "Bavariya"da - rəsmi
19.01.2018  15:01 2020-ci ilədək "Mançester Siti"də
19.01.2018  14:31 "Barselona"da növbəti müqavilə
19.01.2018  14:06 Çexiya millisinin üzvü "Trabzonspor"da
19.01.2018  13:45 Prandelli qovuldu
19.01.2018  13:30 "Çelsi"dən Piter Krauça təklif
19.01.2018  13:19 Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
19.01.2018  13:00 Millimizdən ikinci qələbə
19.01.2018  12:45 "Hər bir komandanın şansı 33 faizdir" - millimizin üzvü
19.01.2018  12:36 Xizək sürməyi sevirsənsə, “Rich Sport”a gəl...
19.01.2018  12:33 "Əsas məqsədimiz mərhələ adlamaqdır" - millimizin baş məşqçisi
19.01.2018  10:49 "Billiatsız da güclüyük" - baş məşqçi
19.01.2018  10:16 "Keşlə" "Zirə"yə qarşı
 
 
  20.01.18
01:22
  Qapıçıların məharəti - Video
00:50
  “Qarabağ”ın Antalyada ikinci sınağı – Yenilənir
00:20
  Ərtoğrul Sağlam rəsmən "Traktor Sazi"də
00:01
  Klublarımızın qış transferləri – Yenilənir
  19.01.18
22:44
  "Qarabağ"ın növbəti məşqi
22:15
  "Bavariya"nın məşqində qalmaqal - Şəkil
21:58
  Van Persinin yeni klubu - rəsmi
21:22
  Pele xəstəxanaya yerləşdirildi
20:27
  Dino Ndlovu rəsmən Çin klubunda
20:11
  "Keşlə" - "Zirə" - Şəkillər
19:35
  Almaniyanın ən yaxşı oyunçusu seçildi
19:10
  “Maksimov zarafatcıl adamdır” – Orxan Sadıqlı
18:48
  Həftənin ən gözəl qolları - Video
18:25
  "Yeni futbolçular birbaşa müqaviləyə gələcəklər" - Ayxan Abbasov
18:18
  "Keşlə" - "Zirə" oyununda vurulan qollar - Video
18:03
  "Yaxşı olardı ki, çempionatda qalib gələk" - Yuri Maksimov
17:49
  "Mənim nə intizamsız hərəkətim olub?" - Kamran Ağayev
17:17
  "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
17:05
  "Keşlə" "Zirə"yə də qalib gəldi
16:55
  “Neftçi”nin futbolçuları reqbi oynadı - Video
16:25
  "Keşlə" baxışa çağırdığı legionerlə müqavilə bağladı
16:09
  Millimiz Antalyada "Krasnodar"la qarşılaşacaq
15:46
  "Prosineçki əla insandır" - İbrahim Şehiç
15:27
  Almaniya millisinin üzvü "Bavariya"da - rəsmi
15:01
  2020-ci ilədək "Mançester Siti"də
14:31
  "Barselona"da növbəti müqavilə
14:06
  Çexiya millisinin üzvü "Trabzonspor"da
13:45
  Prandelli qovuldu
13:30
  "Çelsi"dən Piter Krauça təklif
13:19
  Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
13:00
  Millimizdən ikinci qələbə
12:47
  “Səbail”dən növbəti transfer
12:45
  "Hər bir komandanın şansı 33 faizdir" - millimizin üzvü
12:36
  Xizək sürməyi sevirsənsə, “Rich Sport”a gəl...
12:33
  "Əsas məqsədimiz mərhələ adlamaqdır" - millimizin baş məşqçisi
12:18
  Günün canlı oyunları - Etopaz-da
11:59
  “Keşlə” ilə razılığa gələ bilmədik” – Rauf Əliyev
11:23
  "Çelsi"yə transfer qadağası qoyula bilər
11:02
  "Sumqayıt" - "Səbail" - Video
10:49
  "Billiatsız da güclüyük" - baş məşqçi
10:30
  Paulinyonun son durumu müəyyənləşdi
10:16
  "Keşlə" "Zirə"yə qarşı
10:05
  "Real"dan qələbə - Video
09:50
  Ruslan Abışovdan ateist söhbətinə reaksiya
02:00
  "Qalatasaray"dan 3 cavabsız qol - Video
01:37
  Çin klubu Ronaldoya təklif irəli sürməyə hazırlaşır
01:19
  Ukraynalı qapıçı “Beşiktaş”a qayıdır
00:52
  Vassoura millimizdə
00:35
  “Qarabağ” günü 2 məşqlə başa vurdu
00:19
  Eddinin komandasından qələbə
00:00
  “Qalatasaray” darmadağınla 1/4 finalda
  18.01.18
22:50
  "Sumqayıt" - "Səbail" - Şəkillər
22:12
  "Neftçi" fitnes zalında - Video
21:30
  “Bavariya” 16 yaşlı futbolçu aldı
21:00
  Fransa klubu baş məşqçisini qovdu
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore