“Tərlan Əhmədov istədi deyə “Neftçi”yə gəldim” – İlkin Qırtımov

“Tərlan Əhmədov istədi deyə “Neftçi”yə gəldim” – İlkin Qırtımov
MÜSAHİBƏ 11 Yanvar 2018 / 11:55 3637
-  A +

“Neftçi”nin yeni transferi İlkin Qırtımov Qol.az saytına müsahibə verib. “Keşlə”ni “ağ-qaralar”a dəyişməsinin səbəblərini açıqlayan təcrübəli müdafiəçi azarkeşlərə də mesaj göndərib.

- “Keşlə”dən ayrılmağına nə səbəb oldu: klubun maddi durumu, baş verən məlum qalmaqal, yoxsa “Neftçi”dən aldığın təklif?

- Nə maddi vəziyyət, nə də qalmaqal. Bunların heç biri. Sadəcə, “Keşlə”dən ayrılmaq istəyirdim. 3 il idi ki, bu komandada idim. Klubumu dəyişmək istəyirdim. Ona görə də belə alındı.

- Maraqlıdır, “Neftçi”dən başqa, hansısa klub və ya klublardan təklif almışdınmı?

- Əlbəttə, təkliflər var idi. Yaxşı komandalardan dəvət almışdım. Amma mən “Neftçi”ni seçdim.

- Niyə məhz “Neftçi”?

- Tərlan müəllim məni öz komandasında görmək istədi. Dedi ki, sənə inanıram. Ona görə də “Neftçi”yə keçdim. Özümü yaxşı tərəfdən göstərim, baş məşqçinin inamını boşa çıxarmamalıyam.

- Sən özün Tərlan Əhmədovdan belə bir təklif gözləyirdinmi?

- Düzünü desəm, gözləmirdim. Sağ olsunlar, dəyər verib, təklif göndərdilər. Tərlan müəllim istədi deyə “Neftçi”yə gəldim.


- Baş məşqçi səni komandada görmək istəsə də, “Neftçi” azarkeşləri transferini bir qədər narazılıqla qarşıladılar...

- Sosial şəbəkələri izləmirəm. Amma ordan-burdan eşitmişəm. Çalışacam ki, onların da etimadını doğruldum, başlarını uca edim. Əlimdən gələni edəcəm. Yaxşı nəticə göstərməliyik ki, azarkeşlərimiz
də şad olsunlar.

- Yəqin özün də bilirsən ki, “Neftçi” fanatları həm çılğın, həm də çox tələbkardırlar...

- Bütün gücümlə çalışacam ki, öz oyunumla onların qəlbinə yol tapım.

- Yanvarın sonlarında milli komandanın toplanışı olacaq. Ümumiyyətlə, yığmaya çağırılacağını gözləyirsən?

- Hər bir futbolçu milliyə dəvət almaq istəyər. Amma oynamaq lazımdı. Danışmaqla iş bitmir. Əsas odur ki, meydanda özünü göstərəsən. Onlar da sənin oyununu görüb, milliyə çağırsınlar.

 

Daha çox


Son xəbərlər