Toqolu yarımmüdafiəçi Azərbaycanda oynaya bilər

Toqolu yarımmüdafiəçi Azərbaycanda oynaya bilər
GÜNDƏM 11 Yanvar 2018 / 11:11 4919
-  A +

Toqo millisinin yarımmüdafiəçisi Dav Vome futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "SuperSport Yunayted"dən ayrılan 27 yaşlı oyunçunun meneceri Mişel Nqobeni ona Azərbaycanda klub axtarmağa başlayıb. Menecerin bu məqsədlə Bakıya gəldiyi və bəzi danışıqlar apardığı iddia edilib.

Qeyd edək ki, D.Vome ötən mövsümü icarə əsasında “Orlando Pirates”də keçirib.

Daha çox


Son xəbərlər