“Şehiç Prosineçkinin siyahısında olmalıdır” – Bosniya mətbuatı

“Şehiç Prosineçkinin siyahısında olmalıdır” – Bosniya mətbuatı
ÖLKƏ FUTBOLU 9 Yanvar 2018 / 11:25 4236
-  A +

Bosniya və Herseqovina mətbuatı Robert Prosineçkinin təyinatından sonra milli komandaya namizəd futbolçuların siyahısını hazırlayıb.

Qol.az-ın məlumatına görə, “sport.novi.ba” saytı aralarında “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin də olduğu 18 futbolçunun ABŞ və Meksika ilə yoldaşlıq oyunları üçün xorvatiyalı mütəxəssisin siyahısında yer almasının vacibliyini vurğulayıb.

Bosniyalı həmkarlarımızın fikrincə, yoldaşlıq oyunları FİFA-nın rəsmi təqviminə daxil olmadığından bəzi klublar ikinci dərəcəli yoxlama görüşləri üçün oyunçularını yığmaya buraxmaq istəməyəcəklər: “Belədə Prosineçki yalnız daxili çempionatda çıxış edən futbolçulara dəvət göndərə biləcək. Amma baş məşqçi fikrini dəyişib, legionerləri də iş başında görmək istəsə, qış fasiləsində istirahət edən futbolçuları çağırmalıdır”.

“Ssport.novi.ba” saytının Prosineçkiyə məsləhət gördüyü legioner futbolçular bunlardır:

Qapıçı: İbrahim Şehiç (“Qarabağ”)

Müdafiəçilər: Mateo Suşiç (“Şerif”), Marin Aniçiç (“Astana”), Sinişa Saniçanin (“Voyvodina”), Miloş Şatara (“Mladost”), Toni Şunijiç (“Dinamo”, Moskva), Adnan Kovaçeviç (“Kelçe”)

Yarımmüdafiəçilər: Srcan Qrahovaç (“Astana”), Tomislav Tomiç (“Olimpiya”), Anel Hadziç (“Videoton”), Zvonimir Kojul (“Hayduk”), Amer Ordagiç (“Brann”), Haris Hayradinoviç (“Osiek”), Rifet Kapiç (“Qoritsa”), Zoran Kvrjiç (“Riyeka”)

Hücumçular: Armin Hodziç (“Dinamo”, Zaqreb), Smayl Prevlyak (“Mattersburq”), Yasmin Meşanoviç (“Maribor”)
Qeyd edək ki, Bosniya və Herseqovina millisi yanvarın 28-də ABŞ, 31-də isə Meksika ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord