Stamenkoviç Azərbaycana qayıda bilər

Stamenkoviç Azərbaycana qayıda bilər
GÜNDƏM 8 Yanvar 2018 / 18:11 5621
-  A +

"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviç yenidən Azərbaycanda oynaya bilər.

Qol.az-ın sports.kz saytına istinadən yaydığı xəbərə görə, bu barədə serbiyalı qolkiperin hazırda çıxış etdiyi Qazaxıstanın "Okjetpes" klubunun sabiq idman direktoru Rüstəm Rəcəbov məlumat verib.  O, S.Stamenkoviçə təklif göndərənlər arasında Azərbaycan klubunun da olduğunu bildirib: “Saşa Stamenkoviç və Lukas Mario Xorvatla gələcək karyeralarını harada davam etdirmək variantları ilə bağlı danışmışam. Hazırda bu oyunçular Azərbaycan, Kipr və Serbiya klublarından bir neçə təklif alıblar. Amma bu klublar qarşısına böyük vəzifələr qoymayıb. Buna görə futbolçular qərar verməkdə tələsmirlər. Agentləri onlar üçün başqa variantlar da axtarır”.

Qeyd edək ki, Stamenkoviç 2011-2015-ci illərdə "Neftçi"nin şərəfini qoruyub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord