“Keşlə”də çeçenistanlı futbolçu

“Keşlə”də çeçenistanlı futbolçu
GÜNDƏM 8 Yanvar 2018 / 12:40 5204
-  A +

Mövsümün ikinci yarısına Bakıda hazırlaşan “Keşlə” baxışa yeni futbolçu çağırıb.

Klubdan Qol.az-a verilən məlumata görə, paytaxt təmsilçisi “Axmat”ın yetirməsi olan İdris Musluyevi sınayır.

Nalçik “Spartak”ından dəvət olunan çeçenistanlı müdafiəçinin durumu baş məşqçi Yuri Maksimovu qane etsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, “Keşlə” paytaxtda məşqlərini davam etdirir. İcazəli olan Adrian Skarlatakedən başqa bütün futbolçular hazırlıqda iştirak edirlər. Yeni transferlər – Kamran Ağayev, Məqsəd İsayev, Vaqif Cavadov, Pablo Podio da artıq komandaya qoşulublar.

Daha çox


Son xəbərlər