"Maksimovun futbolçunu döyməsi məni qorxutmur" – Adrian Skarlatake

"Maksimovun futbolçunu döyməsi məni qorxutmur" – Adrian Skarlatake
MÜSAHİBƏ 5 Yanvar 2018 / 18:57 6199
-  A +

"Keşlə"nin rumıniyalı müdafiəçisi Adrian Skarlatake Qol.az saytına müsahibə verib. Komandanın yeni baş məşqçisi Yuri Maksimovun təyinatına münasibət bildirən futbolçu digər məqamlara da toxunub.


- Fasiləni necə dəyərləndirdin? İstirahət edə bildin?

- Dekabrın 31-ni Rumıniyada, evimizdə qeyd etdik. Yeni ildə isə istirahət üçün Amerika Birləşmiş Ştatlarına getdik. Əlbəttə, çox yaxşı dincəldik.

- Tez-tez sosial şəbəkələrdə MBA (Amerika Milli Basketbol Assosasiyası) oyunlarından şəkillər paylaşırsan. Deyəsən, basketbolu çox sevirsən...

- Hə, basketbolu həddindən çox sevirəm. Xüsusilə də MBA oyunlarını. Ona görə də fürsət düşdükcə gedib matçları canlı izləyirəm.

-Maraqlıdır, basketbolu bu qədər sevirsənsə, niyə həmin idman növünü yox, futbolu seçmisən?

- Çünki futbol mənim üçün daha vacibdir. İkinci idman növü kimi basketbolla maraqlanıram.  Futbolçu olmasaydım, yəqin ki, basketbolu seçərdim.

- Bəs MBA-da hansı komandaya azarkeşlik edirsən?

- Lebron Ceyms "Mayami Hit"də oynayanda onun fanatı idim. İndi isə azarkeşlik etdiyim komanda "Çikaqo Bulls"dur.

- Qayıdaq futbola. Başqa təkliflərin olsa da, "Keşlə"də qalmağa üstünlük verdin...

- Hə, bəzi təkliflərim var idi. Amma gördüm ki, yeni baş məşqçi, yeni futbolçular gəlir, artıq pulla bağlı problem yoxdur. Bundan başqa, kubokun yarımfinalındayıq, final oynayıb yenidən Avroliqaya çıxa bilərik. Bütün bunları nəzərə alıb, komandada qalmağa qərar verdim. Digər tərəfdən, artıq Bakıya öyrəşmişəm. Burada yaşamaq mənim üçün rahatdır.

- Yeni baş məşqçiniz Yuri Maksimov haqda nə düşünürsən?

- Maksimovu tanımıram. Amma klub preizdenti onu seçibsə, əminəm ki, yaxşı mütəxəssisdir. İnanıram ki, birlikdə yaxşı işlər görəcəyik.

- Maksimov nizam-intizamı ilə diqqət çəkir. Hətta deyilənə görə, bir dəfə intizamsızlığa görə futbolçunu döyüb...

- Bu, məni qorxutmur. Ola bilər, nə vaxtsa belə bir şey etsin, mən bilmirəm. Onu deyim ki, mən intizamlı məşqçiləri daha çox sevirəm. Bu, yaxşı komanda və futbolçularda müsbət xarakter formalaşdırmaq üçün vacibdir.

- Səncə, Maksimov hazırkı komandanı düzəldə biləcək?

- Məncə, yeni futbolçular da gələndən sonra köhnələrlə birlikdə yaxşı komanda qurmaq olar. Bizə yeni transferlər və bir qədər vaxt lazımdır.

- Fasilədən sonra "Keşlə"nin qapısını böyük ehtimalla Kamran Ağayev qoruyacaq. Vaxtı ilə "Xəzər Lənkəran"da komanda yoldaşın olan qolkiperin transferini necə dəyərləndirisən?

- Kamran çox yaxşı qapıçıdır. Amma Orxan Sadıqlı da yaxşı qapıçıdır. Belədə 2 səviyyəli qapıçımız olacaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın