Cenk Tosun "Everton"da

Cenk Tosun "Everton"da
DÜNYA FUTBOLU 4 Yanvar 2018 / 14:35 9285
-  A +

"Beşiktaş"ın futbolçusu Cenk Tosun karyerasını İngiltərədə davam etdirəcək.

Qol.az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, "Everton" türk hücumçunu 27 milyon avroya transfer edib. Dünən İstanbul klubunun prezidenti Fikrət Orman İngiltərəyə gedərək "Everton"un nümayəndələri ilə görüşüb. Bu səhər göndərilən son təklif "Beşiktaş" tərəfindən qəbul edilib.

"Everton" 27 milyon avronun 25 milyon avrosunu birdəfəlik ödəyəcək.

C.Tosun bu gün "Everton"da tibbi müayinədən keçəcək və 4.5 illik müqaviləyə imza atacaq. Bu transferin rəsmiləşməsi ilə C.Tosun Türkiyənin ən bahalı futbolçusu olacaq.


Son xəbərlər