Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
DÇ-2018-in oyunları hansı kanallarda? - siyahı

Yazarlar
 Moskva küçələrindən qeydlər
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
Qazaxıstan - Azərbaycan - Şəkillər
Top 5
Rusiyadan ardıcıl ikinci qələbə, Kolumbiya və Polşa uduzdu
İsveç, Belçika və İngiltərədən qələbə
Uruqvay və Rusiya 1/8 finalda, İran İspaniyaya qarşı - Yenilənir
"Qarabağ"ın rəqibi müəyyənləşdi
“Qarabağ” Billiata bu qədər pul təklif edir
Linklər
525ci Qəzet

“Mən həmişə “Qəbələ”yə görə narahatam” – Fariz Nəcəfov
A A A

[20.12.2017]
“Mən həmişə “Qəbələ”yə görə narahatam” – <b style="color:red"> Fariz Nəcəfov</b>

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədovun “Böyük qayıdış” filminin təqdimat mərasimindən sonra Qol.az-ın suallarını cavablandırıb.

- Əvvəlcə filmlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Çox yüksək səviyyədə film alınıb. Açığı, belə gözləmirdim. Epizodik olaraq baxmışdım, amma tam izləməmişdim. Millət vəkillərimiz, idmançılarımız ürək sözlərini dedilər. Mən də onların söylədiklərini təkrarlayıram. Belə filmlərin sayı çox olmalıdır. Çünki burda ibrət götürüləsi şeylər çoxdur. Farizin həyatında baş verən hadisələr hər kəsin başına gələ bilər. Elə film də bu cür hadisələri yaşayan birinin geri qayıdışından bəhs edir. Baxılası filmdir. Farizi təbrik edirəm, uğurlar arzu edirəm.

- Bilirik ki, “Qəbələ”nin Fariz Məmmədova dayaq durmasında sizin rolunuz danılmazdır. Demək olarmı ki, Fariz sonluğu yaxşı qoymaqla, həm də sizin etimadınızı doğrultdu?

- Burda danılası şey yoxdur. Farizi çoxdan tanıyıram, Ağdamda bir məktəbdə oxumuşuq. Farizin xarakterinə yaxşı bələd olan bir insan kimi ona dəstək verilməsinin təşəbbüskarı olmuşam. Klubun prezidenti Tale müəllim də sağ olsun ki, bu təşəbbüsə qoşuldu. Farizin uğur qazanmasında çox böyük dayaq oldu. Fariz də sağ olsun ki, bu qədər insanın etimadını doğrultdu.

- Bir az da “Qəbələ”dən danışaq. Komandanın qış fasiləsinə qədərki çıxışını necə qiymətləndirirsiniz?

- Normal qiymətləndirmək olar. Amma bundan da yaxşısını edə bilərdik. Ümid edirəm ki, toplanışdan maksimum yararlanıb ikinci dövrədə daha uğurlu çıxış edəcəyik.

- “Qəbələ” birinci dövrənin sonlarına doğru tempi artırdı və yaxşı nəticələr qazanmağa başladı. Yaranmış fasilənin komandaya mənfi təsir edəcəyindən qorxmursunuz?

- İnanın ki, mən həmişə komandaya görə narahatam. Qeyri-sabitlik bizdə gözlənilmədən olur. Amma ümid də edirəm ki, ilin sonunu yaxşı bitirəcəyik.

- Roman Qriqorçukun hələ də Bakıda olması transfer çalışmalarına görədir?

- Yox, sırf transferlərlə bağlı deyil. Bir neçə dəfə görüşüb, görüləcək işlərin planını müzakirə etmişik. Ailəsi və özü Bakını çox sevir. Yəqin ki, ona görə buradadır.

- Aydın məsələdir ki, ad açıqlamayacaqsınız. Ən azından bilmək olarmı, transferlərlə bağlı iş gedirmi?

- Ekiqo ilə müqaviləmiz başa çatdı, müddət uzadılmadı. Amma digər futbolçuların gedib-qalması barədə hələ dəqiq bir şey yoxdur.

- Endi Hallideyin komandadan ayrılacağı söylənilir...

- Bizimlə müqaviləsi var. Gələn təklif də yoxdur.

- Bəs Aqil Məmmədovla Elvin Məmmədovun “Neftçi”yə keçmək variantı var?

- Yenə deyirəm, hələ heç bir şey açıqlaya bilmirəm. Çünki bizimlə müqavilələri davam edir. Heç “Neftçi”dən təklif də gəlməyib.

- Bir də bugünlərdə “Kukesi”dən ayrılan Rauf Əliyevin “Qəbələ”yə keçəcəyi ilə bağlı xəbərlər dolaşır...

- Rauf Əliyevin məsələsini bilirsiniz də, 3-cü klubda oynaya bilməz. Amma adı yayda transfer siyahımızda olub. İndi isə mümkün deyil.

Elnur SALAHOV

2157 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
17.06.2018  18:56 "Ronaldo məşqçi işinə daha çox qarışır, nəinki Messi" - Rəşad Sadıqov
17.06.2018  13:07 "Məşqçinin Messi ilə məsləhətləşməsində pis heç nə yoxdur" - Mircavadov
07.06.2018  14:15 “Orda mənə özgə malı kimi baxmağa başladılar” – Vaqif Cavadov
05.06.2018  12:05 "Qriqorçuk yerli futbolçulara qənim kəsilmişdi" - Elvin Məmmədov
04.06.2018  13:29 "Zirə" mənə uyğun komanda deyildi" - Elşən Abdullayev
30.05.2018  13:27 “Həmin oyun Kollina qarşısında son imtahanım idi” – Əliyar Ağayev
17.05.2018  14:39 “Bizim qanımızda oyun alıb-satmaq yoxdu” – Tahir Gözəl
10.05.2018  13:47 “Mən futbolçunun saqqal saxlaması, namaz qılması haqda fikirləşməli deyiləm” – Qurban Qurbanov
07.05.2018  13:44 “Futbolçularımızın əksəriyyətindən ciddi narahat və narazıyam” – Qurban Qurbanov
01.05.2018  16:18 "Turan Tovuz" Premyer Liqaya buraxılsa, çempionata rəng qatar"
25.04.2018  10:50 “55 yaş artıq baba yaşıdır” – Ramin Musayev
24.04.2018  11:55 "Necə büdcə ayıracaqlarsa, elə də komanda yığacam" - Yunis Hüseynov
17.04.2018  16:06 "Rəhbərlik dedi ki, arxandayıq" - Ayxan Abbasov
08.04.2018  23:37 "Əvvəl daha inamsız oynayırdım" – Namiq Ələsgərov
06.04.2018  14:57 “Əvvəl Zaur Tağızadəylə məni hədələdi, sonra da milliyə çağırmadı” – İlqar Qurbanov
05.04.2018  17:56 "Maaş yubanmasının niyə dramatikləşdirildiyini bilmirəm"
05.04.2018  12:29 "Biz Ruslanla düşmən deyilik" - Riçard Qadze
04.04.2018  15:10 "Sumqayıt"a Avroliqa yaraşır" - Rail Məlikov
03.04.2018  11:58 "Kimdəsə günah axtarmaq lazım deyil" - Anar Nəzirov
02.04.2018  00:00 “Yox, paxıl deyiləm” - Pərdis Fərcad-Azad
 
 
  20.06.18
20:59
  DÇ-2018-lə üç komanda vidalaşdı
20:52
  Uruqvay və Rusiya 1/8 finalda, İran İspaniyaya qarşı - Yenilənir
20:00
  "Pley-off yolunda vacib addım atdıq" - Ronaldo
19:31
  Ronaldo Portuqaliyaya belə qələbə qazandırdı - Video
19:10
  "Qəbələ"nin 99 yaşlı rəqibi
18:46
  Ronaldo ən yaxşı oyunçu seçildi
18:30
  Avroliqada ikinci mərhələnin cütlükləri
18:18
  Uruqvay - Səudiyyə Ərəbistanı: start heyətlər
18:10
  Neymar Kosta-Rikaya qarşı oynayacaqmı?
17:59
  Ronaldo vahid lider oldu – bombardirlərin yarışı
17:37
  Salah Rusiyaya məğlubiyyətdən danışdı
17:31
  (R) "Bakcell" cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərdi
17:15
  Klublarımızın 2-ci mərhələdəki potensial rəqibləri bilindi - "Sevilya" da var
17:00
  "Şanslar bərabərdir" - Sənan Qurbanov
16:37
  Tunis millisində ciddi itki - mundialla erkən vidalaşdı
15:44
  “Zirə”dən ayrıldı, “Voyvodina”ya keçir
15:28
  Avropa Liqasında bütün cütlüklər
15:15
  Portuqaliya – Mərakeş: start heyətlər
15:05
  "Uypeşt” güclü rəqibdir" - Roberto Bordin
14:38
  “Qəbələ”dən püşkə münasibət
14:15
  Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi
13:51
  İslandiyalı azarkeşlər “Kalinka” oxudular - Video
13:25
  DÇ-2018-də azarkeşlər tribunada zibili təmizlədilər – Video
13:16
  "Qarabağ"ın oyununun vaxtı dəyişdi - UEFA-dan yeni qərar
13:05
  Mundialın gözqamaşdıran azarkeşləri - Şəkillər
12:51
  “Keşlə” Maksimovla nə vaxt müqavilə bağlayacaq?
12:31
  Levandovskiyə ilk təsəllini öpüşlə verdilər - Şəkillər
12:19
  DÇ-2018-in oyunları Etopaz-da
11:48
  Vernidub rəsmən Ukrayna klubunda
11:39
  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik” – "Olimpiya”nın baş məşqçisi
11:24
  Ən çox qolu onlar vurub - DÇ-2018-in bombardirləri
10:59
  "Arsenal" qapıçı transfer etdi
10:15
  DÇ-2018-in oyunları hansı kanallarda? - siyahı
09:51
  Dele Allinin zədəsi ciddidir?
02:14
  “Səudiyyə Ərəbistanı istənilən komandaya qarşı oynaya bilər”
01:50
  Yerro İranla oyundan danışdı
01:30
  “Tapşırığın öhdəsindən gəldik” - Çerçesov
01:13
  “Qarabağ” Avstriyaya yollanır
00:58
  “Bu matçlara yaxşı hazırlaşacağıq” - Aqolli
00:39
  İkinci dəfə ən yaxşı seçildi
00:23
  Rusiya millisindən tarixə düşən uğurlu start
00:11
  Dünya çempionatında qol vuran üçüncü misirli - Salah
00:00
  Rusiya - Misir - Şəkillər
  19.06.18
23:51
  Rusiyadan ardıcıl ikinci qələbə, Kolumbiya və Polşa uduzdu
22:29
  Neymar məşqi yarımçıq tərk etdi
21:50
  FİFA Nyanqı seçdi
21:30
  Polşadan uğursuz start - video
21:03
  Rusiya – Misir: start heyətlər açıqlandı
20:34
  Salah əsas heyətdə!
20:13
  Yaponiyanın qələbəsi - video
19:54
  Kolumbiya – Yaponiya matçının ən yaxşısı bəlli oldu
18:47
  Rəşad Sadıqov püşkü dəyərləndirdi
18:35
  "Olimpiya"nın prezidenti "Qarabağ"dan danışdı
18:27
  Argentina – Xorvatiya oyunu özbək hakimlərə tapşırıldı
18:18
  Polşa – Seneqal: start heyətlər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore