“Bakı” bazasından çıxarılır – məhkəmə qərarı

“Bakı” bazasından çıxarılır – məhkəmə qərarı
ÖLKƏ FUTBOLU 18 Dekabr 2017 / 12:11 3341
-  A +

“Delfin” MMC “Bakı” Futbol Klubu MMC-ni məhkəməyə verib.

Qol.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Delfin” MMC futbol klubunu xüsusi mülkiyyətdə olan sahədən çıxarılması barədə tələb irəli sürüb.

Məhkəmə prosesi zamanı “Bakı” klubu qarşı tərəfdən “pulun tutulması” barədə qarşılıqlı iddia qaldırıb.

Qərara əsasən, ilkin iddia təmin edilib, lakin qarşılıqlı iddia rədd olunub.

Məhkəmə qərarından narazı qalan “Bakı” Futbol Klubu MMC rəhbərliyi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, “Bakı” Azərbaycanın tanınmış futbol klublarından biridir. Bu komanda iki dəfə ölkə çempionu, üç dəfə Azərbaycan kubokuna sahib olub. Həmçinin “Bakı” Azərbaycanı bir neçə dəfə avrokuboklarda təmsil edib. Klub hazırda Azərbaycanın aşağı yaş qrupları üzrə liqalarda “İsgəndər Cavadov Akademiyası” ilə təmsil olunur.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki