"Qarabağ"ın futbolçusu "Zirə"yə keçir

"Qarabağ"ın futbolçusu "Zirə"yə keçir
ÖLKƏ FUTBOLU 18 Dekabr 2017 / 11:05 5717
-  A +

“Qarabağ”ın futbolçusu Elşən Abdullayev mövsümün sonunadək “Zirə”də çıxış edəcək.

“Zirə”nin baş məşqçisi Ayxan Abbasovun Qol.az-a verdiyi məlumata görə, gənc yarımmüdafiəçi icarəyə götürüləcək.

“Qarabağ”la bu barədə söhbətimiz olub. Futbolçu özü də komandamızda oynamaq istəyir. Yəqin ki, bu həftə məsələ həllini tapacaq” – deyə Ayxan Abbasov bildirib.

O, daha bir futbolçunun transferi üçün çalışdıqlarını bildirib: “Hələ ki, bir legioner futbolçu almaq istəyirik. Ancaq komandadan gedənlər olsa, onların yerini də doldurmağa çalışacağıq”.

Qeyd edək ki, Elşən Abdullayevin "Zirə"yə keçəcəyi haqda xəbəri ilk olaraq futbol11.az saytı yayıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı