Nazim Süleymanov əfsanələrin oyununda - Şəkillər

Nazim Süleymanov əfsanələrin oyununda - Şəkillər
XƏBƏR 17 Dekabr 2017 / 11:14 5487
-  A +

Vladiqafqazda “Əfsanələrin matçı” adlı dostluq görüşü keçirilib.

Qol.az-ın xəbərinə görə, meydana 1995-ci ildə Rusiya çempionu adını qazanan “Alaniya”nın hazırkı veteran futbolçuları ilə Osetiyanın yığması çıxıb. “Alaniya”nın heyətində bu komandayla birgə ölkə çempionu olmuş millimizin sabiq kapitanı Nazim Süleymanov da yer alıb.

“Spartak” stadionunda 12 min azarkeşin izlədiyi qarşılaşma 5:5 hesabı ilə yekunlaşıb. Süleymanov bu matçda qol vurmasa da, onun gənc yaşlarındakı kimi driblinqlər etməsi azarkeşlərin alqışları ilə qarşılanıb.


 






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər