“Bu sözlər cavab almağa layiq deyil” – Ronaldo

“Bu sözlər cavab almağa layiq deyil” – Ronaldo
GÜNDƏM 17 Dekabr 2017 / 11:00 7814
-  A +

“Real”ın hücumçusu Kriştiano Ronaldo onun barəsində “Qremio”nun baş məşqçisi Renato Qauşonun səsləndirdiyi fikrə münasibət bidirib.

Qol.az-ın xəbərinə görə, Madrid komandasına qarşı dünən keçirilən klublararası dünya çempionatının final oyunundan (0:1) sonra braziliyalı mütəxəssis deyib ki, o, futbolçu kimi Ronaldodan üstün olub.

Portuqaliya oyunçu isə bununla bağlı bildirib: “Bu sözlər cavab almağa layiq deyil. Rəqəmlər özü hər şeyi deyir. Ən yaxşı cavab sadəcə, gülüb keçməkdir. Əgər o belə hesab edirsə, mən daha nə deyə bilərəm ki? Bu sözləri eşidəndə onun karyerası maraqlı gəldi. Deyə bilərəm ki, onun yaxşı karyerası olub”.

Qeyd edək ki, Renato Qauşo futbolçu kimi 1982-1999-cu illərdə Braziliyanın müxtəlif klublarında çıxış edib. Avropada isə o, ancaq “Roma”da (1988-89) oynayıb. Braziliya millisinin də şərəfii qoruyan Qauşo 44 matçda 5 qol vurub.

Daha çox


Son xəbərlər