Hallidey "Qəbələ"dən ayrıla bilər

Hallidey "Qəbələ"dən ayrıla bilər
GÜNDƏM 16 Dekabr 2017 / 16:30 2982
-  A +

“Qəbələ”nin Şotlandiyanın “Reyncers” klubundan icarəyə götürdüyü Endi Hallidey qış fasiləsində komandadan ayrıla bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Qlazqo təmsilçisi yarımmüdafiənin mərkəzindəki boşluğu məhz 26 yaşlı futbolçu ilə doldurmaq istəyir.

Burada azarkeşlərin kluba təzyiqi də önəmli rol oynayır. Fanatlar “Qəbələ”də ehtiyatda qalan Hallideyə ən yaxşı variant kimi baxırlar. Hətta onun mümkün qayıdışını özləri üçün Yeni il hədiyyəsi kimi qəbul edirlər.

Qeyd edək ki, yayda “Qəbələ” ilə 1 illik icarə müqaviləsi bağlayan futbolçu cəmi 7 oyunda meydana çıxıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı