Fariz Yusifov ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Neftçi” – “Zirə” matçından sonra qonaq komandanın yarımmüdafiəçisi Milan Duriçin hakimliklə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Keçmiş FİFA referisi Qol.az-a açıqlamasında başda Duriç olmaqla, Azərbaycanda çıxış edən bütün əcnəbi futbolçulara xəbərdarlıq edib: “Duriç dediyi sözə görə məsuliyyət daşıyır. Bununla bağlı rəhbərliklə danışmışam. Ona başa salmaq lazımdır ki, Fariz Yusifov dünənki hakim deyil. 20 ildir Azərbaycan futboluna xidmət edirəm.Yerindən duran əcnəbi hakimliyimiz haqda bu cür ifadələr işlədir. Azərbaycana dünən gəlib, biz isə futbolda saç ağartmışıq. Adamın vicdanı olar.
Yəqin ki, oyunun analizinə baxacaqlar və görəcəklər ki, biz meydanda nə etmişik. “Zirə”yə qarşı hansı ədalətsizliyi etdik ki, ağızlarına gələni danışırlar. Əcnəbilər Azərbaycana gəlirlər, 1-2 il gəzib gedirlər. Burada qalan bizlərik. Başda Duriç kimi futbolçular olmaqla, onların nəzərinə çatdırım ki, Azərbaycanda hakimlik məktəbi olub. Nəsə danışanda diqqətli olsunlar ki, kimdən və nədən bəhs edirlər.
Mən Azərbaycan futbolunda ad qoyub gedən hakimlərdən olacam. Ona görə də əcnəbi futbolçulara xəbərdarlıq edirəm: hakimlik haqda danışanda diqqətli olsunlar”.
Qeyd edək ki, Duriç 0:2 hesabı ilə uduzduqları oyundan sonra hakimi ədalətsiz idarəçilikdə günahlandırmış, “Fariz Yusifov meydanda “Neftçi”nin ən yaxşısı idi” söyləmişdi.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi