“Sensasiya olacağını gözləyirdim” – Ramin Musayev

“Sensasiya olacağını gözləyirdim” –  Ramin Musayev
GÜNDƏM 15 Dekabr 2017 / 21:32 4873
-  A +

“Oyun xoşuma gəldi, ləzzət elədi. Əzmkar oyun oldu. Baş məşqçiləri ölkədən kənarda olmasına baxmayaraq, “Sumqayıt” layiqli qələbə qazandı”.

Qol.azı-ın məlumatına görə, bu sözləri ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Sumqayıt” – “Qarabağ” matçından (2:0) sonra jurnalistlərə açıqlamasnda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O, bugünkü qarşılaşmada sensasiya olacağını gözlədiyini bildirib:

“Sumqayıt”ın bu gün mərhələ adlayacağını gözləyirdim. Hətta Əmrah bəylə bura gələndə, dedim ki, heç baxmağa ehtiyac yoxdur”.

R. Musayev oyundan sonra “Sumqayıt”ın geyinib-soyunma otağına daxil olmasının səbəbini də açıqlayıb: “Paltardəyişmə otağına girib “Sumqayıt”ın futbolçularını təbrik etdim. Hamısı yerli balalarımızdır. Təbrik etdim. İxtiyarımız yoxdur?! Pulum var ki, mükafat verim? Olsa, böyük məmnuniyyətlə verərdim. Bilirsiniz ki, maddi durum yaxşı deyil. Büdcəmizdə “qırmızı işıq” yanır”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord