Bu yazı təqribən bir il əvvəl yazılmalı idi, lakin “bu gün-sabah”lar yaddan çıxartdı. Bu yaxınlarda həmkarlarımdan birinin silsilə yazılar yazmaqla müvafiq qurumların diqqətini Banişevskinin adının əbədiləşdirilməsinə cəlb etmək təklifini isə dəyərləndirməmək olmazdı.
Həqiqətən də, Anatoli Banişevskinin adı niyə əbədiləşdirilmir? Prezident İlham Əliyevin Anatoli Andreyeviç Banişevskinin xatirəsinin əbədiləşdirilməsi haqqında 6 fevral 2007-ci il tarixli sərəncamına əsasən idmançının yaşadığı binaya (2-ci sülh döngəsi, 2a) xatirə lövhəsinin vurulmasından başqa nə etmişik ki? Axı Banişevski Azərbaycan futbolunun yetirməsi olaraq dünya və Avropa çempionatlarında iştirak etmiş, 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında yalnız bürünc medalın bir addımlığında büdrəmiş (Portuqaliya – SSRİ - 2:1), lakin 1972-ci ildə Avropa çempionatının gümüş medalını qazanmış yeganə futbolçudur. “Neftçi” sovet dövründə ən böyük uğurunu da elə Banişevskinin vaxtında əldə edib – məhz onun böyük əməyi sayəsində 1966-cı ildə SSRİ çempionatının bürünc mükafatçısı oldu.
Anadan olma və vəfat etmə günlərində yad etməklə, bir də müxtəlif məqsədlərlə adına turnirlər həsr edib keçirtməklə iş bitmir axı. UEFA-nın versiyasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilmiş Banişevski kimi futbolçunu bütün dünya tanımalıdır - lakin yalnız Azərbaycan futbolçusu kimi. Amma biz Bakıda bir stadionu belə, bu cür istedadlı Azərbaycan futbolçusunun şərəfinə adlandırmaq istəmirik. Halbuki bu, idmançının adının əbədiləşdirilməsi, dünyada tanıdılmasında istiqamətində atılmış ən real addım olardı.
Biz həmişə bu unutqanlığımızın, qədirbilməzliyimizin altını çəkmişik. Tarix göstərir ki, biz özümüzünkülərə sahib çıxmayanda başqası ona yiyələnir. Bayaqkı 1 il əvvəlin söhbəti… Ötən ilin sonlarında Rusiyada poçt markalarının, açıqcaların və b. nəşri və yayılması ilə məşğul olan “Marka” Səhmdar Cəmiyyəti 2018-ci ildə RF-də keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar Rusiya futbolunun əfsanələrinə həsr olunmuş 7 marka buraxıldı. Markalardan birinə isə Banişevskinin şəkli həkk olunmuşdu. Təsəvvür edirsiniz? Banişevski və SSRİ deyil, məhz Rusiya futbolu. Qarşı tərəfə rəsmi etiraz bildirmək məqsədilə müvafiq yerli qurumları məlumatlandırsaq da, biz dedik, biz eşitdik. Yalnız SC-nin saytında Banişevski haqqında verilən qısa məlumatda futbolçunun Bakıda anadan olduğu və bütün həyatı boyu “Neftçi”də oynadığı qeyd olundu. Vəssalam. Lakin markalar çap olundu, bütün dünyaya yayıldı, biz istəsək də, istəməsək də, bütün dünya Banişevskini Rusiya futbolçusu kimi tanıdı. Rusiyada Banişevskinin adı nə vaxtsa hansısa futbol stadionuna verilsə, təəccüblənməyək...
Yenə də gec deyil. Səhvlərdən nəticə çıxartmaq lazımdır. Banişevski doğma Bakısında futbol stadionlarından birinə adının verilməsinə və hətta həmin stadionun qarşısında və ya digər münasib yerdə heykəlinin ucaldılmasına layiq idmançıdır.
Ümid edirik ki, başda AFFA olmaqla müvafiq qurumlar səsimizə səs verəcək, fevralın 23-dək (Banişevskinin doğum günü) hamımızı sevindirəcəklər.
Bəxtiyar HACIYEV
"Trend" agentliyi
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video