“Neftçi” yaxşı komandadır, sadəcə…” – Yovan Krneta

“Neftçi” yaxşı komandadır, sadəcə…” –  Yovan Krneta
ÖLKƏ FUTBOLU 12 Dekabr 2017 / 18:53 3502
-  A +

“Zirə”nin müdafiəçisi Yovan Krneta Qol.az saytına müsahibə verib. Serbiyalı futbolçu həm ölkə kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab oyunundan, həm də Bakıdakı həyatından danışıb.

- 2 gün sonra ölkə kubokunun 1/4final mərhələsinin cavab oyununda “Neftçi” ilə qarşılaşacaqsınız. Oyuna necə hazırlaşırsınız?

- Hər bir oyun bizim üçün vacib olduğundan, hamısına eyni qaydada hazırlaşırıq. Meydanda maksimum gücümüzlə oynayacağıq. Çünki növbəti mərhələyə adlamaq istəyirik.

- “Neftçi” “Zirə” ilə bacarmır. Bu, nə ilə bağlıdır?

- Futbolda hər şey olur. “Neftçi” yaxşı komandadır. Sadəcə, “Zirə” son dəqiqəyə kimi mübarizə aparır. Yəqin ki, başlıca səbəb budur.

- Artıq mövsümün yarısı geridə qalıb. Komandanın çıxışını necə dəyərləndirirsən?

- Hələlik yaxşı gedirik. Bu mövsüm daha yaxşı nəticə qazanmaq istəyirik. Tamamilə buna köklənmişik. Bizim üçün əsas hadisələr hələ qabaqdadır.

- Səncə, “Zirə” bu mövsüm çempionluq uğrunda mübarizə apara bilər?

- Əvvəlcə də dediyim kimi, indi bu haqda danışmaq lazım deyil. Biz addım-adım irəliləməliyik. Hər oyunda meydana qələbə üçün çıxmalıyıq.

- 2015-ci ildən Azərbaycandasan. Bizim mühitə uyğunlaşa bilirsən?

- Əlbəttə. Artıq Bakıya öyrəşmişəm. Hər şey normaldır. Burada həm futbolçular, həm məşqçilər, həm də rəhbərlikdə olan insanlar özümü rahat hiss etməyim üçün çox kömək edirlər. Ona görə də mənim üçün Bakıda yaşamaq yaxşıdır.

- Gələn ilin yayında “Zirə” ilə müqavilən başa çatacaq. Gələcəyinlə bağlı nə düşünürsən? Bu komandada karyeranı davam etdirmək istəyərsən?

- Bu barədə danışmaq istəmirəm. Çünki müqavilə məsələsini rəhbərlik həll etməlidir.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər