“Keşlə”nin qapıçısı Orxan Sadıqlı Qol.az-a müsahibə verib. Ölkə kubokunun 1/4 final mərhələsinin “Kəpəz”lə cavab oyunu ərəfəsində şansları dəyərləndirən gənc qolkiper “Keşlə”dən ayrılacağı ilə bağlı gəzən söz-söhbətlərə də aydınlıq gətirib.
- Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşıda “Kəpəz”lə cavab oyunu var. Eyni rəqiblə bu dəfə çətin Gəncə səfərində üz-üzə gələcəksiniz. Həmin oyunla bağlı nə deyə bilərsən?
- Kubokda 1 mərhələdə 2 matçdan ibarət olur. Birinci oyunu biz udmuşuq. İkinci oyun Gəncədə olacaq. Orada da maksimum nəticə üçün meydana çıxacağıq. 2:0 bizə sərf edir. Rəqib evdə çox yaxşı oynayır. Onların da gücü bəllidir. Özümüzə inanırıq. Gəncədən qələbə ilə qayıdıb, mərhələni keçmək istəyirik.
- 2:0 mərhələni keçmək üçün yaxşı nəticədir. Bu hesab sizi arxayınlaşdırmır?
- Əlbəttə, yox. Rəqib burada 1 qol vursaydı, evdə minimal hesablı qələbə ilə növbəti mərhələyə çıxa bilərdi. Birinci oyunda 2:0 hesablı qələbəyə baxmayaraq, cavab matçında hər şey ola bilər. Diqqətli olmalıyıq. Gəncədə maksimum gücümüzü ortaya qoyub, uduzmamaq üçün oynamalıyıq. Bizim üçün bundan başqa stimul yoxdur. Kubokda mərhələni keçsək, çempionatın ikinci dövrəsinə daha yaxşı hazırlaşmaq üçün komandada istək olacaq.
- Son günlər “Keşlə”ni “Kəpəz”ə dəyişəcəyinlə bağlı xəbərlər yazılır. Amma indi dediklərindən belə qənaətə gəlmək olar ki, hazırkı komandada qalacaqsan...
- Hələ ki, “Keşlə”nin futbolçusuyam. 6 aylıq müqaviləm var. Klub rəhbərliyi buraxmasa, heç yerə gedən deyiləm. Qarşıdakı 2 gündə hər şeyə aydınlıq gələcək. Çünki bundan sonra mən əsas heyətdə oynamaq istəyirəm. Ehtiyatda oturmaq fikrim yoxdur. Çünki məqsədim var. Mili komandaya dəvət almaq istəyirəm.
- “Keşlə”də daim əsas heyətdə meydana çıxırsan. Az öncə isə dedin ki, bundan sonra ehtiyatda oturmaq istəmirsən. Maraqlıdır, Kamran Ağayevin “Keşlə”yə mümkün keçidinə görə belə fikirləşirsən? Yəni o gələndən sonra ehtiyatda qalmaqdan qorxursan?
- Yox. Onsuz da bizə qapıçı lazımdır. Bir mənəm, bir də Şahin. O da gənc qapıçıdır. 18 yaşı var. Özüm də zədəli halda oynayıram. Komandaya qapıçı lazımdır. Bu, Kamran da ola bilər, bir başqası da. Hər şey 3-4 günün içində bəlli olacaq.
- Yunis Hüseynovun sənin xidmətində maraqlı olduğu, buna görə də komandasında görmək istədiyi söylənilir. Bu barədə sənə rəsmi təklif gəlib?
- Qarşıda “Kəpəz”lə oyunumuz var. Ona görə bu haqda danışmaq isətmirəm. Yenə deyirəm, kubok oyunundan sonra hər şey bəlli olacaq.
- Milli komandaya dəvət almaq istədiyini bildirdin. Səncə, yığmaya “Keşlə”dən düşmək daha asandır, yoxsa “Kəpəz”dən?
- Fərqi yoxdur. Hər şey mənim özümdən asılıdır. Sabit çıxış edəndən sonra yəqin ki, dəvət olunaram. Yığdığım təcrübənin bəhrəsini görürəm. Bundan sonra daha da inkişaf etmək istəyirəm. Bütün bunları nəzərə alanda, fikirləşirəm ki. Daim oynamaq lazımdır.
- Komandanın maddi durumu indi necədir?
- Hər şey qaydasına düşüb. Maaşlarımızı vaxtı-vaxtında alırıq. 1-2 günə noyabr ayının maaşlarını da alacağıq. Oyunlarımıza mükafat da qoyulur.
- Belə çıxır ki, artıq “Keşlə”nin futbolçulara borcu yoxdur...
- Bəli, klubun bizə borcu qalmayıb. Hər şey normaldır.
- “Kəpəz” üzərindəki qələbəyə görə mükafat söz verilib?
- Həmin görüşlərin nəticəsinə görə mükafat veriləcək.
Elnur SALAHOV
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi
"Roma" öz meydanında uduzdu - Video
Diniyev - Şeydayev qarşıdurmasında kim sevindi?
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu