"Bizim üçün ağır püşk oldu" - Ernesto Valverde

"Bizim üçün ağır püşk oldu" - Ernesto Valverde
DÜNYA FUTBOLU 12 Dekabr 2017 / 12:19 4233
-  A +

"Barselona"nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az-ın məlumatına görə, klubun telekanalına danışan ispan mütəxəssis güclü rəqiblə düşdüklərini bildirib: "Çelsi" yaxşı komandadır. Morata hücumda, Hazard cinahlarda çox yaxşıdır. Bizim üçün ağır püşk oldu. Bilirdik ki, asan püşk olmayacaq. Çünki 1/8 finala güclü komandalar yüksəlir. "Çelsi" son İngiltərə çempionudur. Azarkeşlərimiz üçün gözəl matç keçəcək. Oyunçuları motivasiya etmək asan olacaq."

Qeyd edək ki, "Çelsi" - "Barselona" görüşü gələn il fevralın 20-i keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması martın 14-ü olacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı