"Yaya qədər "Qarabağ"dayam. Sonra nə olacaq bilmirəm" - Pedro

"Yaya qədər "Qarabağ"dayam. Sonra nə olacaq bilmirəm" -  Pedro
ÖLKƏ FUTBOLU 12 Dekabr 2017 / 00:01 3646
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Sumqayıt” üzərində 2:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, braziliyalı futbolçu əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb.

- Hesabda geridə olsanız da, ikinci hissədə dönüş edib, qələbə qazandınız...

- Kubok görüşləri çempionat oyunlarından fərqlənir. Qələbə qazanmaqdan başqa çarəmiz yox idi. “Sumqayıt” çətin rəqibdir. Bugünkü qarşılaşma göstərdi ki, cavab oyununda işimiz asan olmayacaq.


- Bu gün “Qarabağ” sanki tam gücü ilə oynaya bilmədi. Bu, sıx qrafikdən irəli gəlir, yoxsa rəqibdən?

- “Sumqayıt” sıradan komanda deyil. Bugünkü qələbənin çətinliklə qazanılmasında rəqibin əziyyətini də qeyd edərdim. Qapanmağı bacaran komandadır. Əks-hücumlardan da yaxşı istifadə edirlər. “Qarabağ” topla oynamağı sevən komandadır. Külək oyunun sürətini bir az da artırırdı. Bu amillər oyunumuza təsir etdi.

- Oyuna ehtiyatdan başlamağın nə ilə bağlı idi?

- Bu, əslində baş məşqçiyə veriləsi sualdır. Ancaq təbii qəbul etmək lazımdır. Çünki 2 gün öncə oyun keçirmişdik. Bu cür rotasiyalar normaldır. Üstəlik də heyətimizdə yüksək səviyyəli futbolçular var. Kimliyindən asılı olmayaraq, meydana kim çıxırsa, üzərinə düşən vəzifəni yerinə yetirir.

- İl başa çatır. 2017-ni özün üçün necə dəyərləndirirsən?

- 2017-ni özüm üçün uğurlu il hesab edirəm. PAOK-da da müntəzəm oynayıb qollar vururdum. Yarım ildir “Qarabağ”dayam. Son oyunlarda qollarımla komandama kömək edirəm. Həm də Çempionlar Liqasındakı iştirak mənim üçün böyük təcrübə oldu.


- “Qarabağ”a əsas gəliş səbəbin Çempionlar Liqasında iştirak idi. Artıq bu turnir sizin üçün bitdi. Növbəti mövsümdə də “Qarabağ”ın heyətində ÇL-da oynamaq istəyərsənmi?

- Təbii ki, gəlməyimdə Çempionlar Liqası amili də oldu. Belə bir turnirdə güclü komandalara qarşı oynamaq tamam fərqli hisslərdir. Amma hər şeyi təkcə bununla əlaqələndirməzdim. Mən PAOK-a məxsusam. Yaya qədər “Qarabağ”da oynayacam. Onsan sonra nə olacağını deyə bilmərəm. Oynamağa gəlincə, yoldaşlıq matçı belə olsa, meydana çıxıb həzz almağa çalışıram.

- Mətbuatda tez-tez qış fasiləsində PAOK-a qayıdacağınla bağlı xəbərlər çıxır. Bunlar də dərəcədə həqiqətə uyğundur? Ümumiyyətlə, “Qarabağ”da olmaqdan məmnunsan?

- Bunlar hamısı mətbuatın işidir. Heç nə deyə bilmərəm. Çünki mənə rəsmi olaraq heç bir söz deyilməyib. Mənim işim futbol oynamaqdır. Digər məsələlərə qarışmıram.

Daha çox


Son xəbərlər