“Mərhələni “Neftçi” keçəcək” – Rəşad Əzizli

“Mərhələni “Neftçi” keçəcək” –  Rəşad Əzizli
ÖLKƏ FUTBOLU 11 Dekabr 2017 / 11:55 3188
-  A +

“Neftçi”nin qapıçısı Rəşad Əzizli ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Zirə”yə 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Oyunla bağlı nə deyə bilərsən?

- Üstünlük bizdə idi. Son dəqiqələrdə buraxdığımız qoldan sonra toparlanmaq çətin oldu. Amma qarşıda cavab oyunu var. İnanıram ki, turu “Neftçi” keçəcək.

- Səncə, buraxdığın qolda nə dərəcədə səhvin var idi?

- Deməzdim ki, orda səhv etdim.

- Topu çıxarda bilərdin?

- İstənilən topu çıxarmaq olur. Sadəcə, həmin epizodda topun dirəyə dəyib qapıya daxil olması bəxtsizlik idi. Çətin vəziyyət idi. Epizoda yenidən baxacam.

- Bəlkə zərbəni gözləmirdin...

- Yox, rəqibin zərbə vuracağını gözləyirdim. Bəlkə də top trayektoriyasını dəyişdiyi üçün məni çaşdırdı. Oyundan sonra analiz edəcəm. Səhv varsa, özüm üçün nəticə çıxaracam.

- Cavab oyununda “Neftçi” daha çox hücum etməli olacaq.

- Öz oyunumuzu oynayacağıq. İlk görüşdə dəyərləndirə bilmədiyimiz epizodlardan ikinci oyunda yararlanmağa çalışacağıq. Öz oyunumuzu oynasaq, asanlıq növbəti mərhələyə keçə bilərik.

- Müdafiə xəttində ləng hərəkət edən futbolçular meydana çıxmışdı. Bu, sənə problem yaratmadı?

- Ağır futbolçular olsalar da, təcrübələri çoxdur. Rəşadın təcrübəsi göz qabağındadır. Kirill zədəli olduğu üçün Sadiqov həmin mövqedə çıxış etdi.

- Tərlan Əhmədov mətbuata müsahibəsində 3-cü qapıçı almaq istədiklərini bildirib. Bu barədə nə düşünürsən?

- Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Qapıçı lazımdırsa, buyursunlar. İstənilən qapıçı ilə rəqabətə hazıram. Bu, məni narahat etmir.

Daha çox


Son xəbərlər