Mourinyo butulkanı futbolçunun başına çırpdı - qalmaqal

Mourinyo butulkanı futbolçunun başına çırpdı - qalmaqal
XƏBƏR 11 Dekabr 2017 / 11:25 6766
-  A +

İngiltərə Premyer Liqasının 16-cı turunda dünən keçirilən “Mançester Yunayted” – “Mançester Siti” oyunundan (1:2) sonra futbolçular arasında kütləvi dava olub.

Qol.az-ın “The Telegraph”a istinadən yaydığı xəbərə görə, insident əvvəlcə meydan sahiblərinin baş məçqçisi Joze Muorinyo ilə “şəhərlilər”in qapıçısı Ederson arasında yaşanıb.

Qonaqların qələbəni həddindən artıq yüksək səslə qeyd etməsi Mourinyonu əsəbləşdirib. Portuqaliyalı çalışdırıcı buna etirazını bildirmək üçün rəqibin paltardəyimə otağına daxil olub. Bu zaman onunla braziliyalı qolkiper arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən Mourinyo Edersonun başına plastik qab çırpıb. Ardınca “Mançester Siti”nin futbolçuları Mourinyonun üzərinə su qabı atıblar. Nəticədə hər iki komandanın futbolçuları arasında kütləvi dava düşüb. Qonaqların məşqçisi Mikel Artetanın qaşı partlayıb.

Mühafizəçilər isə bütün bunlar baş verəndən sonra aranı sakitləşdirib.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı