Paşayev Kiyev “Dinamo”suna qarşı 90 dəqiqə oynadı

Paşayev Kiyev “Dinamo”suna qarşı 90 dəqiqə oynadı
XƏBƏR 11 Dekabr 2017 / 00:45 2068
-  A +

Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, milimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya" öz meydanında Kiyev “Dinamos”u ilə  qarşılaşıb.

Oyun qolsuz bərabərliklə başa çatıb.

Matça start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub.

Qeyd edək ki,  “Aleksandriya” hazırda 19 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Son xəbərlər