"Zirə" və "Keşlə"dən qələbə

"Zirə" və "Keşlə"dən qələbə
ÖLKƏ FUTBOLU 10 Dekabr 2017 / 17:53 13850
-  A +

Bu gün  Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, ilk matç günündə iki qarşılaşma keçirilb. İlk oyunda "Keşlə" öz meydanında  "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib və yarımfinala çıxmaq yolunda vacib addım atıb. Digər matçda isə "Zirə" David Manqanın möhtəşəm qolu ilə "Neftçi"ni məğlb edib - 1:0.

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 11-i keçiriləcək.

Bu mərhələnin cavab oyunları isə dekabrın 14-15-də olacaq.

10 dekabr (bazar)

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar

16:00. "Zirə” – "Neftçi” - 1:0
Qol:
David Manqa, 86
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

14:00. "Keşlə” – "Kəpəz” - 2:0
Qol:
Pərdis Fərcad-Azad, 18, Rəfael Məhərrəmli, 41
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
"İnter Arena”

11 dekabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Səbail”
Hakimlər:
Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər:
Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov
“Azersun Arena”

Daha çox


Son xəbərlər